Seçki: 4 rayon və bir şəhər YAP-çılarının prezidentə Feysbuk xəyanəti – Eksklüziv

0
2265

İqtidar gəncləri sosial şəbəkələrdə olduqca passivdirlər

Seçki ilində onların daha çox aktivlik göstərməsi tələb olunur.

Hökumətyönlü gənclər təşkilatları, müxtəlif birliklər, qruplar fəallıq nümayiş etdirməli, sosial şəbəkələrdə prezident İlham Əliyevin müdafiəsi, təbliğatı istiqamətində işlər görməlidirlər. Bu məqsədlə Feysbukda “Qələbə” adlı qrup da təsis olunub.

Həmin qrupda əksər bölgələrin iqtidaryönlü gəncləri təbliğat aparırlar, görülən işlərdən, dövlətin layihələrindən, prezidentin uğurlu proyektlərindən, çıxışlarından paylaşımlar edirlər.

Amma Bərdə, Ağdam, Ağcabədi, Yevlax rayonları və Gəncə şəhəri bu istiqamətdə heç bir fəaliyyətlə seçilmirlər.

Bu regionların icra hakimiyyətləri, YAP-ın yerli təşkilatları xüsusi dəstək verməlidirlər. Ancaq seçki ilində 4 rayon və bir şəhər qeyri-fəal yol seçiblər.

Halbuki, Gəncə kimi ölkənin ikinci bir böyük şəhəri, Bərdə və Ağcabədi kimi strateji rayonlarda iqtidara daha böyük dəstək olmalıdır.

Amma bu laqeydliyin səbəbi anlaşılmır. Elə icra başçıları var ki, onlar özləri elə “kiçik padşah”dır.

Yəni belələri konkret hansısa nazirin adamı olmasalar da, uzun illərdir icra başçısı vəzifəsini tutub pul yığır və topladığı milyonlar hesabına heç kimi saymırlar.

Yerlərdə əhalini olmazın dərəcədə incidən bu “balaca padşahlar” hakimiyyətə qəbirqazan yetişdirməkdən başqa bir iş görmürlər.

Bütün bunlar isə onunla nəticələnir ki, mərkəzi hakimiyyət idarəçiliyi həyata keçirə bilmir.

Məlumatlarda vurğulanır ki, hakimiyyət gənclərə dəstək verir, regionlarda müxtəlif təşkilatlara qrantlar ayrılır.

Amma bunun müqabilində onlar hökumətin təbliğatı, prezidnetin fəaliyyətinin sosial şəbəkələrdə yayılması, seçkidə xalqın ona səs verməsi üçün təbliğat aparılması barədə Bərdə, Ağdam, Ağcabədi rayonları və Gəncə heç bir iş aparılmır.

Məlumdur ki, sosial media açıq şəbəkədir. Hər kəs bundan öz məqsədləri üçün istifadə edə bilər. Dünyanın əksər ölkələrində iqtidar və müxalifət təmsilçiləri də sosial şəbəkələrdən istifadə edirlər.

Eyni zamanda, onlar bir-birilərinin dostluq səhifəsində olur, müəyyən məsələlər ətrafında fikir mübadiləsi aparır, hətta ortaq nəticəyə gələ bilirlər. Lakin Azərbaycanda vəziyyət fərqlidir.

Qeyd edək ki, Əli Əhmədov 2015-ci ildə gəncləri 7 noyabrda keçiriləcək parlament seçkilərində səs verməklə yanaşı, partiyanın namizədlərinin təşviqatı işində iştirak etməyə də çağırmışdı.

Ə. Əhmədov YAP-çı gəncləri internetdə sosial şəbəkələrə qatılarkən öz mövqelərini ortaya qoymağı, yalnız oxucu deyil, aktiv iştirakçı olmağı da tövsiyə etmişdi.

Siyasiləşmiş insanlar, partiya nümayəndələri həmişə ictimai sektorda daha aktiv olurlar. Bu bütün dünyada belədir. Burada qeyri-adi bir şey yoxdur. Avropa, ABŞ və digər inkişaf etmiş dövlətlərlə müqayisə aparsaq, oradakı gəncliyin böyük əksəriyyətinin siyasətdən yazmadığının şahidi olarıq. Daha çox şəxsi həyatlarını, hobbilərini müzakirə edirlər.

Amma bizdə diskussiyaların çoxu ictimai-siyasi məsələlərlə bağlıdır. Bu da cəmiyyətin bu hadisələrə vaxt ayırdığını, və müzakirə edilən mövzuların aktuallığının göstəricisidir.

Bütün bunlar dövlətin problemlərindən irəli gələn faktordur. Çünki sosial və ictimai-siyasi problemlər olan yerdə insanlar başqa şeydən yaza bilməzlər.(fia)

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin