Saxta diploma görə işdən çıxarılan direktor xəstəxanaya yerləşdirildi

0
248

Diplomu saxta olduğu üçün Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə işdən çıxarılan Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizova xəstəxanaya yerləşdirilib.

“RealMedia.az” unikal.org-a istinadən xəbər verir ki, X.Əzizova bildirib ki, başında problem yaranıb:

“Başımı hiss etmirəm. Ona görə də Gəncə Mərkəzi Xəstəxanasına yerləşdirildim. Həkimlərin müayinəsindən sonra məlum oldu ki, beyinimdə qan dövranı çatışmazlığı var. Burada müalicəm bir nəticə verməsə, başqa xəstəxanaya müraciət etməyi düşünürəm”.

Keçmiş məktəb direktoru diplomunun saxta olması ilə bağlı məsələyə də münasibət bildirib:

“Bu məlumatı yayan hansı itdirsə, məndən əl çəkmir. Gördüm belə məlumatlar yayılır, qarşısını ala bilmirəm, əlacsız qalıb, ərizə yazıb, işdən çıxdım. Mən 11 ildir ki, direktor, 38 ildir ki, pedaqoji fəaliyyətlə məşğul olmuşam. Kirovabad Pedoqoji İnstitutunun ibtidai sinif müəllimliyi fakültəsini bitirmişəm”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin