Bütün bunlar təqdirəlayiq hal olsa da, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeçiliyində fəaliyyət göstərən 1 №-li Magistral Yol İstismarı MMC-nin rəisi vəzifəsini icra edən Zaur müəllimin atdığı addımlar isə, heç də təqdirəlayiq addımlar olmadı. Çünki, cənab İlham Əliyev yerüstü piyada keçidin açılışında iştirak cənab İlham Əliyev yerüstü piyada keçidin açılışında iştirak etdikdən sonra, 1 №-li Magistral Yol İstismarı MMC-nin işçiləri magistral yolda piyadalar üçün nəzərdə tutulmuş və vaxtilə rənglənmiş piyada yolunu təmizləməyə başladılar. Amma necə və hansı şəraitdə? Elə bu necəliyin nəticəsidir ki, KİV nümayəndəsi olaraq həmin anlarda qeyd olunan ərazidə olduq və işlərin hansı şəraitdə görülməsi ilə bağlı müəyyən çəkilişlər də həyata keçirdik. Ümumi müşahidələrimizdən və gördüklərimizdən bəlli oldu ki, 1 №-li Magistral Yol İstismarı MMC-nin rəhbərliyi, magistral yolda rənglənmiş piyada yolu təmizlənərkən cənab
Prezidentin və Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərərgah üzvlərinin etdikləri çağırışa məhəl qoymur. Yəni, yolun rənglənmiş hissəsini təmizləyən işçilərin heç birində elan olunmuş karantin rejiminin tələblərinə uyğun olaraq nə “maska”, nə də ki, əlcək var. Elə ki, belə bir halın varlığı ilə 1 №-li Magistral Yol İstismarı MMC-nin rəisi Zaur müəllimə sual verib lazımi cavabı əldə etmək istədik, o halda o, telefon zəngimizə cavab olaraq “Yaxşı olar ki, siz
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlayın” deyib telefonunu qapatdı. Belə bir yanaşma bir qədər bizi məyus etsə də, son anda adı çəkilən vəzifə sahibinin dediyinə əməl edib Anar Nəcəfliyə zəng etdik. Təəssüflər olsun ki, adı çəkilən bu şəxs telefon zənglərimizin heç birinə cavab vermədi.
Əslində bu cür yanaşmanın varlığı mövcud qanunvericiliyin kobud şəkildə pozulması, vəzifə sahibi olan bir şəxsin koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin və yoluxma hallarının qarşısının alınması yöndə cənab Prezidentin və Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərərgah üzvlərinin etdikləri çağırışa məhəl qoymaması deməkdir.
nyus.Az