Şaiq Şükürov nədən əndişə içindədir? – Və yaxud bir tayfanın inhisarı altına düşən Füzuli səhiyyəsi “korrupsiya xərçəngi” adlı bəd xəstəlikdən nə vaxt xilas olacaq…

0
471
Ötən gün Füzuli Müalicə Diaqnostika Müəssisəsinin publik hüquqi şəxsin direktoru Şaiq Şükürovun hüquq mühafizə orqanları tərəfindən saxlanılması ilə bağlı məlumat vermişdik.
RealMedia.az xəbər verir ki, Şaiq Şükürovun saxlanılması xəbərinin mətbuatda sızmasından əndişələnib və onun rəhbərlik etdiyi müalicə müəssisəsində gərginlik artıb. Şaiq Şükürov və adamları müəssisədə vay – həşir salaraq cəsus axtarışına çıxıblar. Ki, tapıb bilələr ki, burdan mətbuata işləyən, məlumatısızdıran kimdir.
Öncəliklə onu qeyd edək ki, Şaiq Şükürovun saxlanılması ilə bağlı yayılan xəbərdən sonra müəssisənin İctimaiyyətlə Əlaqələr Şöbəsi həm öz rəsmi səhfələrində, həm də ayrı-ayrı media qurumlarına üz tutaraq xəbəri təkzib ediblər.
Belə ki, onlar “Füzuli Müalicə Diaqnostika Mərkəzinin direktoru ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Füzuli Müalicə Diaqnostika Mərkəzinin direktoru saxlanılıb iddiası tamamilə yalnış məlumatdır. Direktor Şaiq Şükürov öz işinin başındadır.Yayılan iddiaların heç biri həqiqəti əks etdirmir. Sonda bütün Kütləvi İnformasiya Vasitələrini, bloggerləri və digər insanları belə həssas mövzularda daha məsuliyyətli olmağa dəvət edirik” – deyə təkzib edib.
RealMedia.az olaraq bu yönümdə apardığımız araşdırmalar və əldə etdiyimiz məlumatlarda isə Füzuli Müalicə Diaqnostika Mərkəzinin direktoru Şaiq Şükürovun həqiqətəndə saxlanıldığı iddia olunur. Belə ki, mənbə Şaiq Şükürovun saxlanılaraq sorğulandığını, daha sonrada sərbəst buraxıldığını iddia edir. O da qeyd olunur ki, Şaiq Şükürov bir neçə saat saxlanılıb sorğulandıqdan sonra o, işinin başına keçib. Hətta mənbə iddia edir ki, yaxın günlərdə Şaiq Şükürovun çevirdiyi qanunsuzluqlarla bağlı ciddi ölçü götürüləcək. Ehtimal olunur ki, Şaiq Şükürov həbs olunacaq.
Daha yaxşı olar ki, Füzuli Müalicə Diaqnostika Müəssisəsinin direktoru Şaiq Şükürovun saxlanılması ilə bağlı iddialara hüquq mühafizə orqanları aydınlıq gətirə, bu iddialara yalnız onlar son qoya bilərlər. Şaiq Şükürov durub da saxlanılmasın barədə məlumatı təsdiq etməyəcək ki. Azından, o bunu təkzib etməlidir. Nə qədər ki, ortada hüquq mühafizə olrqanlarının rəsmi mövqeyi yoxdur.
P.S. Şaiq Şükürov İcbari Tibb Sığorta üzrə Dövlət Agentliyi “Tibb Ərazi İdarəetmə Birliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri R. Bayramlı həmkarlar ittifaqına təqdimat verərək, tibb müəssisəsində əlilliyin təyin edilməsi (əlilliyin dərəcəsinin təyin olunmasında saxtkarlığa yol verdiyinə görə) ilə bağlı işi düzgün təşkil etmədiyini, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini təmin etmədiyini, eləcə də tabeliyində olan işçilərin funksiyalarına uyğun olaraq fəaliyyətini lazımi qaydada təşkil və nəzarət edə bilmədiyinə görə əmək funksiyasına xitam verilərək işdən azad olunan “Füzuli rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Natiq Şükürovun qardaşı oğludur.
Xatırladaq ki, Füzulinin icra başçısı Alı Alıyevin təqdimatına əsasən Şükürovlar sülaləsi baş həkim vəzifəsinə təsdiq olunublar. Təsəvvür edin ki, Natiq Şükürovu Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, qardaşı oğlu Şaiq Şükürovu Füzuli Müalicə Diaqnostika Mərkəzinin baş həkimi vəzifəsinə təyinat alıb. Natiqin Şükürovun digər qardaşı oğlu Şəfa Şükürovu isə özünün müavini təyin edib. Və xəstəxanada haram gəlir mənbəyi olan bülleten və qanunsuz penisiya təyinatlarına nəzarət edir. Şəfanın qardaşı Səfa Şükürov isə Diaqnostika Mərkəzində kompüter işlərinə başında dudrur.
Alı Alıyev uzun illərdir ki, Füzuli səhiyyəsi bir tayfaya peşkaş edilib. Onlarda rayonun səhiyyəsini eroziyaya uğradıblar. Uzun illərdir ki, Füzuli səhiyyəsi korrupsiya xərçəngi adlı bəd xəstəlikdən əziyyət çəkir. Ona görə də Füzuli səhiyyəsinin uzun müddətli müalicəyə ehtiyacı var.
RealMedia.az,
Dəli Qanlı

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin