Şahzadə Salmanın bacısı Parisdə mühakimə olunacaq – Video

0
56

Fəhlə döyülüb və xanımın ayağından öpməli olub

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun bacısı iyulun 9-da Parisdə mühakimə olunacaq. “CNN” bildirir ki, 2016-cı ildə 40 yaşlı xanım Bint Salmanın Fransanın paytaxtındakı evində işləyən fəhlə foto-çəkiliş etmək istəyərkən yaxalanıb. Xanım Bint Salmanın göstərişindən sonra cangüdənlər fəhlənin əl-ayağını bağlayıb yaxşıca döyüblər. Daha sonra isə onu xanım Bint Salmanın ayağını öpməyə vadar ediblər.

“CNN” bildirir ki, Səud xanədanının xanımı düşünüb ki, fəhlə çəkdiyi şəkili mediaya satmaq fikrində olub, bu isə xanımın xoşuna gəlməyib.

“CNN” xanım Bint Salmanının vəkili ilə əlaqə saxlamağa çalışıb. Ancaq vəkil bu məsələyə münasibət bildirmək istəməyib.

“CNN” onu da xatırladır ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi jurnalist Camal Kaşıkçının ölümünə görə beynəlxalq səviyyədə ittihamlarla üzləşib.

Elbəyi Həsənli, Sürix

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin