Sabirabadın icra başçısı Nazim İsmayılovun MTN işi üzrə əməlləri araşdırıla bilər
Məlumata görə, mətbuatda Bakı İstintaq Təcridxanasında intihar etdiyi bildirilən İlqar Əliyevlə Nazim İsmayılovun ciddi əlaqələri olduğu xəbərləri yayılıb.
Amma bu əlaqələrin işbirliyi yoxsa şəxsi müstəvidə olduğu açıqlanmayıb. N.İsmayılovla İ.Əliyevi bağlayan səbəblərdən biri Göyçaydır. İcra başçısı ilə MTN zabiti həmyerlidir.
Məlumatda deyilir ki, İ.Əliyevin intiharından sonra icra başçısı onun yasında iştirak edib. Bütün bu detallar onun Göyçayla vidalaşmasına səbəb olub.
İntihar etmiş MTN vəzifəlisinin qohumu onların yaxın dost olduğunu dolayısı ilə təsdiqləyib. İ.Əliyevin yaxın qohumu onu da bildirib ki, qardaşının həbsindən sonra keçmiş iş yoldaşlarından heç kim onlara baş çəkməyib.
“Heç kim gəlmirdi. Min ilin dostları gəlib bizə salam vermirdilər. Qorxurdular ki, əlaqəni müəyyən edərlər. Amma sağ olsun Nazim və Mübariz müəllim həmişə dost kimi bizə təsəlli veriblər. Vəzifədə olanlar xüsusən qaçır bizdən. İlqarın ətrafında olanlar atamın hüzrünə gəlmədilər. Bircə Nazim müəllim gəldi köməkçisi Mirzə müəllimlə”.
Məlumata görə, Nazim Ismayılovun bu məsələsi prezidentə çatıb. Hətta N.İsmayılovun havadarı da bu söhbətdə cidi tənqid edilib.
Məlumata görə, Sabirabadın icra başçısının qardaşı Namiq İsmayılov Göyçayda Məşğulluq Mərkəzinin rəhbəridir.
Xəbərə görə, yanvarın 9-da Göyçayda keçirilən əmək yarmarkasının pərdə arxasında qeyri-rəsmi məsələlər üzə çıxıb.
Məqsəd boş (vakant) iş yerlərində işsiz və işaxtaran vətəndaşları işlə təmin etmək olsa da, işsiz-gücsüz, evinə bir tikə çörə aparmağa imkanı olmayan vətəndaşlardan rüşvət istənildiyi iddiaları meydana çıxıb.
Əvvəlcə ödənişli ictimai işlərə cəlb olunmaq istəyən işsiz və işaxtaran vətəndaşların qeydiyyatı aparılıb. Vətəndaşların bəzilərinə boş iş yerlərinə göndəriş verilib. Göyçay Qaz İstismar Sahəsində 10, Mənzil İstismar Sahəsində isə 130-140 boş (vakant) yer var.
Lakin növbədə boş (vakant) yerdən artıq vətəndaşlar var. Bundan sui-istifadə edən Göyçay rayonu Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılov olub.
O, özünə yaxın adamların və sövdələşmə əsasında razılığa gəldiyi vətəndaşların adlarını növbədən kənar qəbul edərək 500-700 manat arası pul müqabilində işlə təmin olunmasına şərait yaratdığı iddia edilir. Bu da digərlərinin narazılığına səbəb olur.
Namiq İsmayılov konkret olaraq işə qəbul üçün Hacağabəyli kənd sakini Yusif Xasıyevdən 800 manat pul istəyib. Onun isə çörək almağa pulu yoxdur.