Keçmiş baş prokuror Əli Ömərov Milli Şuranın 23 sentyabra təyin etdiyi mitinqi dəstəkləyən açıqlama ilə çıxış edib. Facebook səhifəsində bu gün Əli Ömərov belə bir açıqlama yazıb: “Milli demokratik ölkələrdə söz və insan azadlığı normal bir haldır. Vətəndaşlar öz fikirlərini açıq-aydın bildirmək hüququna malikdirlər. Bu baxımdan da mən hər bir qanuni mitinqi, o cümlədən sentyabrın 23-ü keçirilməsi nəzərdə tutulan mitinqi dəstəkləyirəm.
Bundan başqa, həmin gün mitinqin keçirilməsinə tam şərait yaradılmalıdır, mitinqə gələnlərin qarşısı alınmamalıdır və bununla da bütün dünya görməlidir ki, Azərbaycan sözdə deyil əməldə demokratik bir ölkədir”.