Sabiq MTN polkovniki zərərçəkənlərə dəyən ziyanı ödəmək üçün məhkəmədən yenidən vaxt istəyib

0
715

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə bu məhkəmə iclası davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən V. Güləliyev zərərçəkənlərə dəyən ziyanı ödəmək üçün məhkəmədən yenidən vaxt istəyib.

Buna görə məhkəmə prosesi aprelin 13-dək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

İş üzrə bir nəşə zərərçəkmiş şəxs tanınıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, V.Güləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin