Sabah müxalifət seçkilərlə bağlı toplanır – Əli İnsanov da iştirak edəcək

0
37
Sabah, dekabrın 3-də Müsavat Partiyasının qərargahında partiya rəhbərlərinin, ictimai təşkilat nümayəndələrinin, ekspertlərin və media rəhbərlərinin iştirakı ilə toplantı keçiriləcək. 
“AzPolitika.info” xəbər verir ki, bu barədə Müsavat başqanı Arif Hacılı bildirib. Onun sözlərinə görə, toplantıda növbədənkənar parlament seçkiləri ilə bağlı yaranmış situasiya, müxalifətin prosesdə iştirakı geniş müzakirə olunacaq.
Tədbirdə Müsavat Partiyası ilə yanaşı Milli Şura rəhbərliyinin, HƏP sədri Əli İnsanovun, AXP sədri Pənah Hüseynin və başqa şəxslərin, tanınmış ekspertlərin iştirakı gözlənilir.
Müzakirələrin sonunda seçkilərin normal standarlara uyğun keçirilməsi ilə bağlı hakimiyyətə, cəmiyyətə və beynəlxalq birliyə müraciət ünvanlanacağı gözlənilir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin