Sərkisyanın bitib-tükənməz biznesi – Ermənistanı necə talayıb?

0
79

Maksim Musayev: “Jurnalistlər Sərkisyanın rəsmi görüşlərini öyrənərkən məlum olub ki, bunlar yalnız öz şəxsi biznesini artırmaq xatirinə keçirilib”

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan 1 milyon dollardan artıq dövlət vəsaitinin mənimsənilməsində ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb. İşğalçı ölkənin ikinci prezidenti Robert Köçəryan da həbsdədir. Yayılan məlumatlardan görünür ki, Ermənistanın hazırki prezidenti Armen Sarkisyan da perspektivdə məhkəmə qarşısında dayana bilər.

Hər halda əslən erməni dilinin mahir bilicilərindən olan və işğalçı ölkənin mediasını müntəzəm şəkildə izləyən, sabiq deputat Maksim Musayevin “Yeni Müsavat”a açıqlamaları belə qənaəti yaradır.  M.Musayev bildirib ki, “Arm NKR nowes” saytındakı məlumatlara əsasən, Ermənistan prezidenti Armen Sərkisyanın var-dövlətini saymaqla qurtarmaq olmaz. Saytda göstərilir ki, prezident Sarksyan məşhur biznesmendir. Onun dünyanın bir neçə ölkələrində biznesi var.

Maksim Musayev ile ilgili görsel sonucu

Maksim Musayev

Məsələ, Avropa ölkələrində, Rusiyada, Qazaxıstanda, Çində, Hindistanda, ABŞ və digər ölkələrdə. Keçmişdə Ermənistanın İngiltərədəki səfiri olan və hazırda Ermənistanın dördüncü prezidenti işləyən Sərkisyan tanınmış sahibkardır. Prezident seçilərkən öz daşınmaz əmlakı barədə, biznesi ilə əlaqədar Etika komissiyasını məlumatlandırmayıb. Milyonçu səfir, sonra isə prezident olan Sərkisyan diplomatik fəaliyyətindən sui-istifadə edərək sahibkarlıqla məşğul olub. O, Ermənistan dövlətinin mənafeyini güdən  rəsmi görüşlər keçirmək əvəzinə, həmin yüksək diplomatik vəzifədə öz sahibkarlıq məsələlərini həll edib”.

Sargsyan money ile ilgili görsel sonucu

M.Musayev erməni mediasında aşağıdakı faktın yer aldığınıda vurğuladı: “Məsələn, 2017-ci ilin aprel ayının 25-də Qazaxıstanın Baş Naziri ilə görüşü olub, burada yalnız öz biznes məsələlərini həll edib. Nədənsə Ermənistan-Qazaxıstan arasında olan vacib problemləri yaddan çıxarıb. Bu sahədə tədqiqat aparan jurnalistlər Sərkisyanın rəsmi görüşlərini öyrənərkən məlum olub ki, həmin görüşlər yalnız öz şəxsi biznesini artırmaq xatirinə keçirilib, nəinki Ermənistanın”. Erməni mediası yazıb ki, A.Sərkisyan faktiki olaraq ailə üzvlərinin, o cümlədən arvadı Nübarın da biznesi olmadığını danışığında və açıqladığı sənədlərdə vurğulayır. Prezident müsahibələrində birinci ledi Nübarın da 2013-cü ilə kimi heç bir biznesi olmadığını və qeydə belə alınmadığını deyib.

Armen Sərkisyan yeganə biznesmendirki harada işləməyindən asılı olmayaraq, əmək haqqı almır-pulsuz işləyir. Səfir işlədiyi zamanlarda özünü və ailəsinin biznesini şaxələndirmək və artırmaqla məşğul olduğu alanıb. “Azadutyun” radiosuna verdiyi müsahibələrində isə göstərib ki, öz adına olan biznesini ailə üzvlərinə verib və hazırda sahibkarlıqla məşğul olmur. Buna inananlar azdır.

Sargsyan offshore ile ilgili görsel sonucu

Maraqlısı budur ki, A.Sərksyan Ermənistanın İngiltərədəki səfiri vəzifəsindən çıxarıldıqdan sonra Ermənistan vətəndaşlığından imtina edərək İngiltərə vətəndaşlığını qəbul edib. Göründüyü kimi, Ermənistan vətəndaşı olmaq ona sərfəli olmayıb. Bütün biznes və korporasiyalardaki görüşləri və müqavilələri zamanda o, İngiltərə vətəndaşı kimi özünü təqdim edib və imzasını atıb. O, Ermənistan radiosuna verdiyi müsahiblərində isə deyib ki, mən 2011-ci ildə İngiltərə vətəndaşlığından çıxmaq üçün ərizə yazmışam. Ancaq onun ərizəsini görən olmayıb və təsdiqedici heç bir sənəd yoxdur. Vətəndaşlıq məsələsi o, Prezident seçilərkən dəfələrlə qaldırılsa da, sübut etmək üçün heç nə edilməyib. Erməni jurnalistlər onun sahibkarlığına aid bəzi məlumatları öyrənərək təqdim ediblər ki, onun İtaliyada ət istehsalı ilə məşğul olan sahələrdə payı var. Avstriyada da bir neçə şirkət və qida maddələrinin ticarəti ilə məşğul olan milliyonerlərlə də pay sahibidir. Dediyinə görə 2014-cü ildən sonra onu oğlu Hayk Sərksyana verib. Hollandiya və Yeni-Zellandiyadaki  bizneslərində də şərikləri və var. Sərkisyanlar Rusiyada Sankt – Peterburq şəhərində də daşınmaz əmlak barədə məsləhət və digər xidmətlər üçün şəbəkələrə mənsubdurlar. Onlar bizneslərini nə qədər gizli aparmağa çalışsalar da, kütləvi informasiya vasitələri olanları aşkarlaya bilib. Qazaxıstanda da bina tikintisi, avtomobillər, xidmət və digər bir çox obyektlərin bir hissəsi ona məxsusdur.

Erməni mediasına istinad edən M.Musayev bildirdi ki, Sarkisyanın biznesinin masştabını sadalamaqla qurtarmaq qeyri-mümkündür. Ona görə onları sadalamaq və maliyyə gəlirlərini göstərməyə ehtiyac duyulmur. Bir şey bəllidir ki, Sarkisyan dövləti idarə etmək barədə çalışsa da, bu, mümkün olmayacaq. Çünki buna vaxtı çatmaz. Onun biznesi aşıb-daşır. Səfir olarkən işlədiyi kimi, indi də prezident kimi sahibkarlıqla məşğul olur.

Cavid Turan,
“Yeni Müsavat”

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin