Şəmkirdə yaşlı kişi və qadın döyülüb.
Rayonun Zəyəm Cırdaxan kənd sakinləri, 1957-ci il təvəllüdlü Adil Yusibov və onun arvadı, 1961-ci il təvəllüdlü Yetər Yusibova müxtəlif bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə olan xəstəxanaların birinə aparılıb. Ər və arvadın iki oğlu və gəlinləri tərəfindən döyüldüyü bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.