Səlim Müslümovun 2 işçisi həbs olundu

0
2064

Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin(ƏƏSMN) Suraxanı və Xətai rayon şöbələrində əməliyyat keçirib.

AzToday.az-a daxil olan məlumata görə, sentyabrın 15-də baş tutan əməliyyat zamanı ƏƏSMN-in Suraxanı şöbəsinin və Xətai şöbəsinin bir əməkdaşı saxlanılıblar. Hər iki şəxsin üzərindən çoxsaylı təqaüd kartları götürülüb. Bildirilir ki, ƏƏSMN əməkdaşları həmin kartlardan istifadə etməklə əhalinin aztəminatlı təbəqəsinə aid vətəndaşların adına açılan, dövlət büdcəsindən sosial yardım şəklində onlara ödənən vəsaitləri hesablardan çıxaran zaman ələ keçiblər.

Hər iki şəxsin iş yerində və yaşadıqları ünvanda axtarış aparılıb. Evlərindən iş üçün əhəmiyyət kəsb edən çoxsaylı idarə sənədləri, saxta möhürlər aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Hadisənin təfərruatları ilə bağlı daha geniş məlumat verməyə çalışacağıq…

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin