Səlim Müslümov haqda ilginc iddialar – Demə ki…

0
198

Biabırçılıqdır, hansı məmur vəzifədən çıxırsa, məlum olur ki, ailəsi xarici ölkələrdə zavod, fabrik işlədir, otel saxlayır, tikinti biznesi ilə məşğuldur və s. Yəni, bu məmurun-nazirin Azərbaycanda qamarladığı və xaricə daşıdığı pullar xarici ölkələrə qazanc gətirir… Bəs niyə bu məmurlar özlərini milli sayır, amma əməllərində millilikdən əsər-əlamət yoxdur…
***
Mətləbə gəlirik: ölkə KİV-lərində yayılan xəbərlərə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilyarım əvvəl işdən çıxarılan rəhbəri Səlim Müslümov külli-miqarda dövlət vəsaitini mənimsəmə, saxta pensiya və əlillik dərəcələrinin verilməsində və s. şübhəli bilinərək həbs olunub.
Qeyd edək ki, bu Səlim Müslümovun ilk həbsi deyil, o, hələ mərhum Prezident H. Əliyevin hakimiyyəti illərində eyni əmələ görə (o vaxt daha aşağı vəzifədə-sosial müdafiə fondunun Səbail rayon şöbəsinin rəisi kimi o dövrün pulu ilə 42 milyon manatı mənimsəmədə ittiham olunurdu) 6 il azadlıqdan məhrum edilmişdi.
Sonradan onu həbsən çıxardıqdan sonra daha da irəli çəkib nazir təyin etdilər. Müslümov istefaya göndəriləndə isə media yazırdı ki, o, 2 milyard manat mənimsəyib. İndisə agah olur ki, sabiq nazir, hətta ayını diri yeyən bəzi deputatlara vaxtından əvvəl saxta pensiya şəhadətnaməsi verib və təbii ki, yüksək dərəcə ilə.
***
Bir sıra KİV-də sabiq əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun həbs edilməsi və bu barədə S. Müslümovun yaxınlarının məlumatı təsdiqlədiyi ilə bağlı xəbərlər yayılıb. Məlumatda bildirilir ki, sabiq nazir sürücüsü və yaxın qohumu ilə birlikdə saxlanılıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən S. Müslümovun atası Yanvar Müslümov yayılan məlumatları təkzib edib.

O bildirib ki, sabiq nazirin həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bəzi saytlar yazıblar ki, guya Səlim Müslümov həbs olunub. Vallah yalan söhbətdir, Səlimlə səhər danışmışam, həbs edilməyib. Bu məlumatı kim yayıbsa bilmirəm. Səhər oğlumla özüm danışmışam, hər şey yaxşıdır”.
***
Beləliklə, atasının açıqlamasına rəğmən keçmiş məmur S.Müslümovun hüquq-mühafizə orqanları tərəfindən ciddi korrupsiya faktları ilə saxlanıldığı iddia olunur. “Təzadlar” xatırladır ki, Səlim Müslümov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın kadrı kimi tanınır. K.Heydərov Dövlət Gömrük Komitəsinin sədri olduğu dövrdə S.Müslümov onun müavini olub. S. Müslümov həmin vaxt korrupsiya əməlinə görə həbs həyatı yaşayıb. Sabiq nazir bəraət aldıqdan sonra DSMF sədri, daha sonra isə Əmək və Əhalinin sosial müdafiə naziri vəzifəsində çalışıb.
Xatırladaq ki, 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən o, vəzifəsindən azad edilib. Həbs xəbərini S.Müslümovun yaxınları təsdiqləyiblər. Amma atası and içib ki, elə deyil…

Səlim Müslümovun ailə biznesi də maraq doğurur…

Beləliklə, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğlu Turqay Müslümlü Edinburq Universitetini başa vurduqdan sonra biznesə girişib. 2017-ci ilin noyabrın 23-də o, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində 4 şirkət qeydiyyatdan keçirib. Şirkətlər Turqay Müslümovun yaşadığı ünvanda – Binəqədi rayonu, Ziya Bünyadov, ev 7A-da hüquqi qeydiyyata alınıb”.
“Təzadlar” xəbər verir ki, bu sözləri araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün “Facebook”dakı səhifəsində yazıb.
O, sənədlər və fotolar da paylaşaraq nazir və oğllarının üzə çıxan şirkətlərini qeyd edib:

“1.”ORİON GLOBAL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ əsasən xidmət sahəsini əhatə edir. Dəbdəbəli ORİON PALACE Səlim Müslümovun biznesində əhəmiyyətli yer tutur və bu şirkət üzərindən idarə olunur.

2.”ORİON CONSTRUCTİON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ tikinti sahəsində fəaliyyət göstərir.

3.”ORİON CARS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ şəhərin müxtəlif səmtlərində bahalı və VİP salonlu avtomobillərin icarəsi ilə məşğuldur.

4.”ORİON CREATİVE SOLUTİONS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ əvvəlcə Turqay Müslümlünün adına qeydiyyatdan keçirilsə də, sonradan Səlim Müslümovun digər oğlu – Asim Müslümlü Səlim oğlunun adına rəsmiləşdirilib.
Asim Müslümlü də Britaniyada, Edinburq Universitetində təhsil alıb, hazırda İsveçrədə yaşayır.
Səlim Müslümov 1995-ci ildən bəri hazırkı iqtidarın komandasında yüksək vəzifələr tutub, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib” və…
Bu gün isə… Yaxşı bu nazirlərin tutulandan əvvəlki fəaliyyətini Hesablama Palatası guya yoxlayır. Yaxşı, necə və nəyi yoxlayırlayırlar ki, sonradan hərəsinin yüz milyonları, özü də xaricdə üzə çıxır. Bəs bu pullar ölkədən neçə daşınıb??? Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti… hara baxır? Yaxud, hara baxıb?
Mövzunun davamı var…
 (tezadlar.az)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin