“Şəhid olan jurnalistlərimizin həmin ərazidə xatirə lövhəsi ucaldılsın…” – TƏKLİF

0
74

“Ona görə də mənə belə gəlir ki, şəhid olan jurnalistlərimizin həmin ərazidə bir xatirə lövhəsi ucaldılsın. İnanıram ki, gələcəkdə o kənddə həyat qaynayanda yoldan keçənlər hamısı ayaq saxlayıb onlara Allah rəhmət eləsin deyəcəklər”

Bunu Moderator.az-a açıqlamasında professor İlham Rəhimli deyib. İ.Rəhimli Qarabağda şəhid olan jurnalistlərimizin adının yaşadılması üçün belə bir addımın atılmasının çox vacib olduğunu bildirib:

“Televiziyada jurnalist də, operator da, rejissor da var və sair. Bunların da silahı qələmdi, kameradı, öz işləridir. Qarabağ müharibəsi mənim aləmimdə hələ bitməyib. 44 gün zəfər qələmiz olub, bu danılmazdı, böyük zəfərdi. Ümumiyyətlə, son 300 ildə Azərbaycanın tarixində misli görünməmiş hadisədir. Lakin o dağıntıları, vəhşilikləri, vandalizmi hamımız görürük. Ona görə də mənə belə gəlir ki, şəhid olan jurnalistlərimizin həmin ərazidə bir xatirə lövhəsi ucaldılsın. İnanıram ki, gələcəkdə o kənddə həyat qaynayanda yoldan keçənlər hamısı ayaq saxlayıb onlara Allah rəhmət eləsin deyəcəklər. Çünki onların aydın səması, gələcək firavan həyatı üçün əsgərlərimiz qan töküblər, şəhid, qazi olublar. Eyni zamanda, bizim jurnalistlərimiz də şəhid olublar. Onların ruhu onda şad olar.

Ümumiyyətlə, geniş mənada götürəndə şəhidlərimizin məzarları düzəlir, Allah hamısına rəhmət eləsin, qazilərimizə hər cür yardım göstərilir. Bununla bərabər, harda mətbuat işçiləriylə bağlı faciəvi hadisə baş verib, mən də bir sıravi mətbuat işçisi kimi arzu edərdim ki, onların da xatirələri bu cür əbədiləşdirilsin. Elə ətrafdakı gül-çiçəkdən dərib ora qoymaq onların ruhuna ən böyük hörmət və ehtiram olar. Mən bunu istəyərdim”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin