Səfirimizin bacısı və MTN-çinin yaxını olan dekan müavininin şok videosu

0
1496

Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi ilə bağlı rüşvət skandalı yaşanıb

Fakültə tələbələrinin mediaya ötürdüyü səs yazısında rüşvət qalmaqalının ört-basdır edildiyi təsdiqlənir.

Bu videoda bir müddət əvvəl rüşvət qalmaqalı ilə gündəmə gələn BDU İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə tələbələrə yüksək səslə hədə-qorxu gələrək yazdıqları şikayət məktubunu geri götürmələrini tələb edir.

Səs yazısı videosu ovqat.com tərəfindən yayımlanıb. BDU rəhbərliyi tərəfindən rüşvət şikayətini yoxlamaq üçün komissiya təyin olunmuşdu.

Komissiya və BDU rəhbərliyinə Nigar İsmayılzadədən etirazını bildirən tələbələri yanına çağıran dekan müavini özünün lehinə ərizə yazmağı tələb edir.

Aşağıdakı səs yazısında da qeyd olunduğu kimi, o, tələbələri və müəllim heyətini məhkəməylə qorxudaraq, məqsədinə nail olmağa çalışır. Hətta bu minvalla Nigar İsmayılzadə bəzi tələbələri yola gətirməyi belə bacarıb.

Dəhlizdə tələbəni məhkəmə ilə təhdid edən Nigar İsmayılzadə başqa bir müəlliməyə “Koridorda bu məsələləri müzakirə etmək olmaz” deyir.

Ulus.Az mediaya istinadla xəbər verir ki, N.İsmayılzadənin qardaşı Gürsəl İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiridir.

Saytlar yazır ki, N.İsmayılzadənin keçmiş intihar etmiş MTN zabiti İlqar Əliyevlə də əlaqələri olub. Nigar İsmayılzadə vəzifəyə gətiriləndə intihar etmiş MTN zabiti İlqar Əliyev hələ sağ idi.

Bundan əlavə, N.İsmayılzadənin rüşvətxorluğu, qanunsuz əməlləri haqda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya da müraciət edilib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin