RUSLARIN ƏMRİ, ERMƏNİLƏRİN ƏLİ İLƏ ÖLDÜRÜLƏN CAVAD XANIN DOĞUM VƏ ANIM GÜNÜ

0
372
Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan 3 yanvar 1748-ci ildə Gəncə şəhərində doğulub. Gəncədə XVI əsrdən hökmranlıq etmiş, ilk doqquz Qızılbaş tayfalarından biri olan və Qacarların bir qolu sayılan Ziyadoğlular nəslindəndir. 1756-cı ildən 1761-ci ilə qədər Gəncənin xanı olmuş Şahverdi xanın oğludu. 1786-cı ildə hakimiyyətə gələn Cavad xanın dövründə (1786-1804) Gəncə xanlığı daha da möhkəmlənir və inkişaf edir. O, xaricdən asılılığı azaltmaq məqsədi ilə xanlığın qızıl və gümüş sikkələrini buraxmağa başlayır.
GƏNCƏ XANLIĞINININ SONUNU GƏTİRƏN RUSİYA
XIX əsrin əvvəllərində Rusiya imperiyası Azərbaycanın işğalı planını reallaşdırmağa başlayır. Bu məqsədlə ilk olaraq mühüm strateji mövqeyə malik Gəncəni ələ keçirmək qərara alınır. İmperiyanın Qafqazdakı canişini general Sisianov yazırdı ki, Gəncə qalası özünün əlverişli coğrafi mövqeyi ilə Azərbaycan ərazisində xüsusi rol oynayır, ona görə də Rusiya üçün onu tutmaq ən önəmli məsələlərdəndi.
AZƏRBAYCANLILARA NİFRƏT EDƏN SİSİANOV
Sisianov Cavad xana bir neçə dəfə təslim olmağı təklif etsə də, rədd cavabı alır. 1803-cü il noyabrın 20-də onun komandanlığı altında rus ordusu Tiflisdən Gəncə üzərinə yeriyir və dekabr ayında şəhəri mühasirəyə alır. Gəncə şəhərinin ikiqat müdafiə səddi və 6 bürcü qala ilə əhatələnməsi Cavad xana bir müddət hücumları dəf etmək imkanı verir. Üçüncü cəhddən sonra ruslar qalanı almağa müvəffəq olur. Cavad xanın və oğlu Hüseynqulu xanın da qəhrəmancasına həlak olduğu bu döyüşdə Gəncənin iki mindən çox müdafiəçisi öz həyatını itirir.
XAN ERMƏNİ ASTIĞİKİ ÖZÜNƏ ARVAD ETDİ: ASTAGÜL
Sisianov o qədər rəzil adam olub ki, Cavad xanın ailə üzvlərini də əsir etmişdi. Cavadxanın arvadları Bəyimxanım və Şükufəxanım, gəlini Nisəbəyim, qızları, nəvəsi Zeynəb, Sisianovun əmri ilə qalada girov saxlanılır və onların azad edilməsi üçün Gəncə əhlindən külli miqdarda pul tələb edilir. Maraqlı məqam ondan ibarətdir ki, Cavad xanın arvadlarından biri də erməni olub. Və əzəməti, mübarizəsi ilə böyüklük simvoluna çevrilmiş bu şəxsin sonu elə erməni qadınının ucbatından faciə ilə bitir.Cavad xan haqqında tədqiqat işləri aparan professor Sadıq Şükürov yazır ki, Cavad xanın arvadlarından biri erməni qızı Astığik idi. Cavad xan Gəncə xanlığının nüfuzunu daha da böyütmək və ətraf ərazilərə də yaymaq üçün bir növ nikah diplomatiyasına girir. O, bununla da xrisitian və erməni məliklərini təsirinə salmaq üçün yararlanırdı.
CAVAD XANIN XAİN QAYNI. GƏNCƏNİN XƏRİTƏSİNİ RUSLARA VERƏN Revaz Andoyan
Cavad xan Astığiklə nikaha girdikdən sonra onun adını dəyişdirib Astagül qoyur. İllər sonra Cavad xana təslim olmağı bir neçə dəfə təklif edən rus işğalçısı Sisianov hər dəfə rədd cavabı alır. Qalanı almağın çətin olduğunu başa düşən Sisianov müəyyən hazırlıqdan sonra 3 yanvar 1804-cü ildə səhər saat 5-də hücum əmri verir. Məhz yanvarın ilk günlərində Sisianovun qərargahına bir şəxsi gətirirlər.
Adı Revaz Andoyan olan şəxs Sisianova Gəncə qalasının yollarının, planlarının xəritəsini təqdim edir. Cavad xanın ölümünə və Gəncənin süqutuna bais olan Anodyan Cavadxanın arvadı Astığikin qardaşı idi.
RUSİYA VƏ ERMƏNİLƏRİN ƏBƏDİ BAĞLILIĞI
Cavad xan haqqında poema yazan Sabir Rüstəmxanlı yazır:” Qarabağdan qaçan, İbrahimxəlil xanın qovduğu erməniləri Cavad xan qəbul eləmişdi və onların bir hissəsini Gəncədə, bir hissəsini isə Şəmkir yolunda, dağətəyi kəndlərdə yerləşdirmişdi. Və Cavad xanın ermənilərə xoş münasibəti vardı, ona tabe olan insanlar kimi hamısına yaxşı münasibət bəsləyirdi. Cavad xanın qucaq açdığı, yardım etdiyi ermənilər Sisianovun yanına gedib deyirlər ki, Gəncənin ərzağı da var, hər cəhətdən təminatı da var, bir il də mühasirədə saxlasanız, bu şəhəri ala bilməzsiniz. Sisianov soruşur ki, bəs şəhərə girmək üçün yol nədir? Ermənilər deyir, Gəncənin suyu kəsilməlidir. Ermənilər Gəncəyə gələn suyun yolunu göstərirlər və o boruları heyvan qanları ilə doldururlar. Yəni şəhərə qan axıdırlar. Bundan sonra şəhərin suyu kəsilir, xəstəlik başlayır, müqavimət zəifləyir..ermənilər Sisianova deyir ki, Gəncənin açarlarının biri bizdə olacaq, biz o qapını açacağıq. Belə də olur və şübhəsiz ki, Gəncənin əldən getməsində ermənilərin xəyanəti çox ciddi rol oynadı. Məlumdur ki, Cavad xan Acıdərədə son ana qədər vuruşur, sonra düşmənin topunun çox olduğunu görüb qalaya sığınır. Cavad xan və oğlu öldürüləndən sonra rus ordusu şəhərə girib, qaçıb məsciddə gizlənən insanları yandırıblar.”
Gəncə şəhəri 1804-cü ildən 1918- ci ilədək Yelizavetpol adlandırılıb.Beləcə, Pyotrun da vəsiyyət etdiyi kimi, ermənilərdən istifadə bəhrəsini vermişdi.
Əntiqə Rəşid

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin