RUSİYANIN İRİ NEFT BAZASI VURULDU – Rusların son sutkadakı itkiləri açıqlandı + VİDEO

0
140

Rusiyanın Bryansk vilayətindəki iki böyük neft bazasında partlayışlar baş verib. Bu barədə ukraynalı hərbi jurnalist Yuri Butusov məlumat verib.

Onun sözlərinə görə, Rusiya ordusunun HHM sistemləri növbəti dəfə zərbələr qarşısında aciz olduğunu göstərib.

***

Təkcə Donetsk və Luqansk vilayətləri ərazisində son sutkada Rusiya qüvvələrinin yeddi hücumu dəf edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının gündəlik operativ məlumatında qeyd olunub.

On üç tank, üç artilleriya sistemi, on yeddi zirehli texnika, dörd zirehli döyüş maşını və on səkkiz avtomobil və dörd yanacaqdaşıyan məhv edilib. Hava hücumundan müdafiə bölmələri sözügedən ərazidə “Orlan-10” tipli üç pilotsuz uçuş aparatını vurub”, – məlumatda vurğulanıb.

Rusiya Müdafiə Nazirliyi ölən hərbi qulluqçuların ailələrinə təzminat ödəmələrinə mülki məmurlar deyil, hərbçilər tərəfindən nəzarət edilməsini təklif edib.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin tviter səhifəsində yazılıb.

“Bu, çox güman ki, Rusiyanın itkilərin real miqyasını gizlətmək istəyi ilə bağlıdır. Rusiya Mariupoldakı Azovstal polad zavoduna hücum etmək əvəzinə, oranı mühasirəyə alır. Bu, o deməkdir ki, şəhərdə xüsusi fəallıq yoxdur. Ukraynanın Mariupolu müdafiəsi etməsi qarşı tərəfin döyüş qabiliyyətini aşağı salıb. Biz beynəlxalq müttəfiqlərimizlə birlikdə Ukraynanı dəstəkləməkdəyik. Britaniya hökuməti Ukraynaya iqtisadi, humnaitar və müdafiə xarakterli hərbi yardım göstərir. Həmçinin biz Rusiya və Belarusa əlavə sanksiyalar tətbiq edirik”, – paylaşımda bildirilib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin