Rusiyalı hərbi ekspert: Bakı hücuma hazırlaşır, Qarabağ geri qaytarılır

0
27

Qarabağda müharibə qaçılmazdır, çünki problem həll olunmamış qalıb.

RealMedia.az xəbər verir ki, bu sözləri Moskva Siyasət və Təhlil İnstitutunun direktor müavini, tanınmış hərbi ekspert Aleksandr Xramçixin Ermənistan mətbuatına Qarabağ münaqişəsi ilə bağlı müsahibəsi zamanı deyib.

“Bakı hücuma hazırlaşır. Azərbaycan öz torpaqları saydığı Qarabağı qaytarmağı düşünür. Başqa variant yoxdur. Əgər bu baş versə, Moskva qarışmayacaq. Rusiya yalnız o halda Ermənistana kömək edə bilər ki, Azərbaycan Ermənistan Respublikası ərazisinə təcavüz etsin. Qeyd etmək lazımdır ki, Rusiya Ermənistana dəstək olsa, münaqişəyə dördüncü tərəf qoşulacaq – Türkiyə. Böyük bir müharibə başlaya bilər. Sonrası bəlli deyil. Hər şey müharibənin ssenarisindən aslı olacaq”, – deyə ekspert qeyd edib.

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin