Rusiyada deputat “dezinformasiya” yaydığına görə axtarışa verildi

0
235

Rusiyanın Omsk şəhərində Kuybışev rayon məhkəməsi şəhər sovetinin deputatı Dmitri Petrenko barəsində axtarış elan edib.

RealMedia.az “report”a istinadən xəbər verir ki, bu barədə Kuybışev rayon məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ona yaşadığı mənzili tərk etmək qadağan olunub. O, şəhər sovetinin iclaslarında iştirak etməyib. İlkin məlumata əsasən, Dmitri Petrenko Rusiyadan xaricdədir.

“Axtarış elan edilməklə yanaşı, onun barəsində həbs-qətimkan tədbiri də seçilib. O, indiyədək məhkəmə iclaslarında iştirak etməyib”, – məhkəmədən bildirilib.

İstintaqın ilkin versiyasına əsasən, D. Petrenko sosial şəbəkədə etibarlı mənbə adı altında Rusiya Silahlı Qüvvələrinin Ukraynada keçirdiyi “xüsusi hərbi əməliyyatlar” nəticəsində mülki infrastrukturu və Ukraynanın dinc sakinlərini məhv etməsinə dair “yalan” məlumatlar yaymaqda ittiham olunur.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin