“Rusiya-İslam dünyası” beynəlxalq iqtisadiyyat sammiti təxirə salınıb.
Axar.az xəbər verir ki, bu məlumat sammitin İnstaqram səhifəsində yer alıb. Sammitin təxirə salınmasına səbəb kimi koronavirus təhlükəsi göstərilib.
Qeyd edək ki, Rusiya və İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin təşkil etdiyi sammit Kazanda keçirilməli idi.