Rusiya hökuməti varlıları yüksək vergiyə cəlb edir – Büdcəyə əlavə 18 milyard dollar gələcək

0
632

Rusiya böhranla əlaqədar zənginlərdən daha çox vergi almağa, büdcənin yükünün bir hissəsini onların çiyninə qoymağa çalışır.

Tanınmış iqtisadçı Rövşən Ağayevin verdiyi məlumata görə, depozitlərə və dividendlərə görə 1 mln. rublu (təxminən 12,8 min dollar) ötən gəlirlər 13% dərəcəsilə vergiyə cəlb olunacaq. Bu qərar Rusiya qiymətli kağızlar bazarına sərmayə yatıran və depozit yerləşdirən qeyri-rezidentlərə də aid olacaq. Son açıqlamaya görə, onlar Rusiyadan hər il 95 mlrd. dollara yaxın məbləğdə dividend və faiz formasında qazanc aparırlar. İndi bunun 13%-ni büdcəyə vergi kimi ödəməli olacaqlar.

Ekspert bildirib ki, hesablamalara görə, bu mənbə 18 mlrd. dollar büdcəyə pul gətirəcək ki, bu da federal büdcənin 7%-nə yaxın bir məbləğdir: “Hökumət deyib ki, bu qərar cəmi 1% əmanətçinin maraqlarına toxunacaq. Zənginlərin vergiyə cəlb edilməsi son illər çox akutallaşıb. Tomas Pikketi “21-ci əsrdə Kapital” əsərində bu ideyanı səsləndirdikdən sonra ABŞ milayderləri Baffet və Qeyts, hazırda isə prezidentiliyə namizədlik yarışına qatılan demokrat Sanders bu ideyanı təbliğ etməyə başlayıb.

Sadəcə motivlər fərqlidir: Qərbdə buna son illər həddən artıq artan sosial bərabərsizliyi azaltmaq vasitəsi kimi baxırlar. Rusiyada isə böhranda büdcəni doldurmaq üçün məcburi addım kimi çıxıb ortaya”.

Rövşən Ağayevin sözlərinə gər, Azərbaycanda rəsmi statistikaya görə zəngin yoxdu, ona görə yəqin bizdə heç vaxt aktual olmayacaq.(AzPolitika)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin