“RUSİYA HƏMAS-İSRAİL MÜHARİBƏSİNİ UDUZUB” – “Moskva çətin ki, Yaxın Şərqin yenidən formalaşmasında iştirak edə bilsin”

0
260

“HƏMAS-ın İsrailə hücumu Rusiyanın Yaxın Şərqdə zəifləyən təsirini geri dönüşün olmadığı nöqtəyə çatdırıb. Rusiya ilə İsrail arasında münasibətlər Rusiyanın Ukraynaya müdaxiləsi ilə artıq gərginləşmişdi, lakin Putinin Qəzza böhranına reaksiyası vəziyyəti daha da pisləşdirib”.

Bunu ABŞ-nin “Foreign Policy” nəşri Yaxın Şərqdəki vəziyyətə dair son məqaləsində yazıb.

Qəzet hesab edir ki, Rusiyanın Yaxın Şərqdə zəifləmiş nüfuzu və hakimlik rolu HƏMAS-İsrail qarşıdurması fonunda sıfra yaxınlaşıb: “Moskva Yaxın Şərqdəki hərbi mövcudluğunu zəiflədib, Ukraynadakı hərbi əməliyyatları dəstəkləmək üçün qüvvə və texnikasının bir hissəsini azaldıb… Həmçinin, Putinin Netanyahu ilə şəxsi əlaqələri pisləşib və Qəzza böhranı nəticəsində Netanyahu vəzifəsini tərk edərsə, ikitərəfli münasibətlər daha da pisləşəcək. İsrail və HƏMAS arasındakı müharibə də çox güman ki, Rusiya üçün regional rəqabəti idarə etməyi çətinləşdirəcək, xüsusən də Tehranla münasibətləri isti olduğu üçün. Və seçim etmək məcburiyyətində olsa, Kreml qərar verməlidir ki, İran silahları Rusiya üçün daha vacibdir, yoxsa prioritet İsraili Ukraynaya silah verməkdən çəkindirmək üçün onun üzərində təsirini saxlamaqdır”.

Foreign Policy” hesab edir ki, Rusiya artıq HƏMAS-İsrail müharibəsini uduzub: “Nəhayət, HƏMAS-ın İsrailə genişmiqyaslı hücumu nəticəsində yaranan böhran Yaxın Şərqin gələcəyini formalaşdırmağa kömək edə bilər. Lakin Moskva çətin ki, onun formalaşmasında mühüm rol oynaya bilsin. Yaxın Şərqin gələcəyi Qəzza böhranı ilə müəyyən edilə bilər, özü də Moskvanın heç bir əhəmiyyətli iştirakı olmadan”.

Onu da qeyd edək ki, hazırda HƏMAS-la İsrail arasında gedən danışıqlar ərəb ölkələri və Vaşinqton vasitəsilə aparılır. Moskvanın vasitəçilik cəhdlərinə isə əhəmiyyət verən yoxdur. (azpolitika.az)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin