Rövnəq Abdullayevin ərizəsi alındı – SOCAR PREZİDENTİ üçün yolun sonu-(VİDEO)

0
200528

Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev istefaya göndərilir. Artıq SOCAR prezidentinin ərizəsinin alındığı bildirilir. Belə bir mühüm dəyişikliklə bağlı yaxın günlərdə qərarın veriləcəyi gözlənilir.

İlk olaraq belə bir mühüm qərarla bağlı BİA.az məlumat yayıb. Saytın iddiasına görə, artıq R.Abdullayevi əvəzləyəcək kadrın da adı belə bəllidir.

İddia olunur ki, SOCAR yeni prezidenti olacaq şəxs, artıq hakimiyyət daxilində çoxlarına məlumdur. (Yaxın saatlarda SOCAR yeni şefi ilə bağlı geniş məlumat veriləcək) Amma hələki, bu dəyişiklik iqtidar tərəfindən gizli saxlanılır.

O da qeyd olunur ki, Rövnəq Abdullayevin istefaya göndərilməsinin bir qədər təxirə salınmasına səbəb hazırda onun sahib olduğu şirkətlərin və milyardlarla pul vəsaitinin nəzarətə alınmasıdır. Yaxında bu proses başa çatdıqdan sonra, SOCAR prezidenti öz vəzifəsi ilə vidalaşmalı olacaq.

Gələn ən son xəbərlərdə isə bildirilir ki, artıq SOCAR prezidenti ilə onun müəyyən səbəbərdən istefa ərizəsi yazmağı danışılıb. Mənbə BİA.az-a bildirib ki, bu haqda Rövnəq Abdullayevlə, Altay Həsənov danşıb. İddiaya görə, yaxın günlərdə proses həyata keçiriləcək..

RealMedia.az olaraq qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin