Roma papası, Tramp, Putin və s. başımızı necə qatırlar?- Konspiroloji araşdırma

0
1244
“Allah (bütün) hiyləgərlərdən tədbirlidir (hiyləgərlərə ən yaxşı cəza verəndir)”(Qurani-Kərim).
Şimali Koreya, III Dünya savaşı, yadplanetli-filan hamısı başqatmadır- əsas hədəf Allaha inananları repressiyaya məruz qoymaqla sonlarına çıxmaq və bəşəriyyəti rəqəmsal müstəmləkəyə çevirməkdir…
Bu dəqiqə yer üzündəki siyasi prosesləri operativ izləyənlərin diqqəti əsasən iki məsələdə cəmləşib: Rusiya və Amerika arasındakı siyasi gərginlik, qarşılıqlı kəskin gediş və tələblər, bir də Şimali Koreya lideri Kim Çenlə Trampın biri-birinə “vur-vurum” hədə-qorxusu… “Kim Çen hidrogen bombasını da sınaqdan keçirdi. Tramp Yaponiya baş nazirinə dedi ki, Şimali Koreyaya qarşı nüvə silahı işlətməyə hazırıq… Ay aman, bu dəqiqə dünya nüvə müharibəsi başlayacaq!..”
Əsas hədəflərdən biri – müsəlmanların, tək Yaradana inananların sonuna çıxmaqdır…
 
Belə mövzularla bağlı öncəki yazılarımızda da söylədiyimiz kimi, bütün bu cür informasiya, əslində dezinformasiyaların hamısı bəşəriyyətin diqqətini əsas hədəflərdən yayındırmaqdır. Əsas hədəflərdən biri isə  göz qabağındadır: bütün bəşəri, islami dəyərləri məhv etməklə İslam başda olmaqla digər səmavi dinləri də sıradan çıxarmaq, insanların Allaha inamını tam sarsıdaraq onları yalnız var-dövlət, dollar, tamah, şəhvət köləsi etmək… Diqqət edin: Afrikadan, yaxın Şərqdən tutmuş Myanmaya, Çinədək –hər yerdə müsəlmanlar bu və ya digər yollarla kütləvi şəkildə qətlə yetirilir. Amma “tərəqqipərvər bəşəriyyət” susur. Hanı nefti olan Küveyti dərhal Səddamdan müdafiə edən “demokratik” ABŞ-ın ədaləti?
 Digər hədəf isə yekunda bəşəriyyəti total rəqəmsal müstəmləkəyə, həbs düşərgəsinə çevirmək və bununla super güclərin quracağı Vahid Dünya Dövlətinin asan idarəçiliyini təmin etməkdir…
Tramp ona verilən ssenariyə uyğun davranır və danışır…
ABŞ -ın cəmi  9-cu aydır fəaliyyətə başlamış hazırkı prezidenti Donald Tramp haqqında bu günədək minlərlə fikirlər səslənib; əksəriyyət onu başdanxarab, bir an sonra hansı qərarı verəcəyi bilinməyən birisi hesab etsə də, bəziləri Ağ Evin bu yeni tipli rəhbərinin siyasətini yüksək dəyərləndirir, onun Amerika və dünya üçün böyük işlər görəcəyini vurğulayırlar. Lakin siyasi proseslərin pərdəarxasını öyrənməyə cəhd edən konspiroloqlar hesab edir ki, öncəki Ağ Ev rəhbərləri kimi Tramp da transmilli super oliqarxların  seçdirdikləri və kukla-gəlincik kimi əllərində oynatdıqları fiqurdan başqa bir şey deyil. Yəni siyasətçi, politoloq, analitik və jurnalistlərin və s. onun haqqında söylədikləri, yazdıqları boş laqqırtıdır. Tramp, sadəcə, ona verilən proqram və ssenariyə uyğun hərəkət edir.   Hətta dünya katoliklərinin lideri, Roma papası Fransiskin də, eləcə də Rusiya prezidenti Putinin də super güclərin marionetkası olduqları iddia edilir. Moderator.az-da papa və Putinin gizli oyunları haqda yazılar vermişik(bax:http://www.moderator.az/news/153505.html , http://www.moderator.az/news/163496.html və http://www.moderator.az/news/164104.html). Rusiyanın aparıcı ziyalıları  Putinin Kissincerin adamı olması haqda faktlar irəli sürürlər…
Bəzi konspiroloqlar planeti guya yadplanetlilər. yaxud onların qədimlərdən yer üzünə köçürülmüş nəsillərindən törəmiş reptiloid(sürünənlər)- insan nəsillərinin idarə etdiyini sübut etməyə çalşırlar. Lakin bu, dünyanın Allah tərəfindən yaradılmasına və idarə olunmasına tamamilə zidd bir konsepsiyadır və belə nəzəriyyələrdə məqsəd bəşəriyyəti cürbəcür gizli, açıq proqramlarla sonu bitməyən qanlı savaşlara, kütləvi qətl və intiharlara, maksimum yoxsulluğa sürükləyən maliyyə oliqarxları, bankir ailələrindən və s.  diqqəti yayındırmaq məqsədi güdür…
Paradoks:Papa Trampı xristian fundamentalizmində günahlandırır…
Son illər Vatikan tərəfindən ara-sıra ABŞ rəhbərliyinin, o cümlədən hazırkı prezident Donald Trampın tənqid olunması ötəri xarakter daşıyır və saxta opponentlərin əsl ümumi məqsədlərini gizlətməyə xidmət edir. Cəmi 50-60 il bundan öncə də heç kəsin ağlına gəlməzdi ki, qoca Avropanın mühafizəkar ənənələrini qorumağa görəvləndirilmiş katolik liderlər ABŞ-ı xristian fundamentalizmində günahlandırcaqlar. Ancaq belə vaxtlar da gəlib çıxdı. Bu yaxınlarda Vatikan katoliklərinin(?) “Civilta Cattolica” adlı nəşrində “İncil fundamentalizmi və katolik inteqralizm” adlı məqalə dərc edilib. Həmin yazıda  Birləşmiş Ştatların mövcud hakimiyyəti kəskin şəkildə tənqid olunub. Məqalənin müəllifləri, Roma papasının ən yaxın adamları- kliriklər: Antonio Spadaro və Mirselo Fiquero ABŞ-ın katolik və protestant daiərələrini sodom(eynicinsli) toylarını qəbul etməməkdə, teokratik dövlət qurmağı arzulamaqda və miqrantlara qarşı divarlar hörməkdə ittiham ediblər.  Görünür, Vatikan elitasının başında gerçək xristianlıqla heç bir əlaqəsi olmayan liberal baxışlar tam möhkəmlənib. Xüsusilə, prezident Tramp və onun birinci məsləhətçisi Stiven Bennon hücuma məruz qalıb. Onlar kafirlikdə, öz düşmənlərini iblisləşdirməkdə və ksenofobiyada suçlanıb.  Dini təəssübkeşlik baxımından yanaşanda Trampın qeyri-ənənəvi  nikahların əleyhinə tənqidi çıxışları, onun sadə amerikalılara hörmətlə yanaşması, aborta qarşı kəskin  “prolayf”-mövqeyi Vatikan tərəfindən rəğbətlə qarşılanmalıdır. Amma əksinə, katolik xadimləri ABŞ liderini “İncil fundamentalisti” adlandırıb, onun köməkçisi Bennonu isə “İslam” terrorçularıyla müqayisə ediblər. Guya onlar “Qiyamət geosiyasəti” aparırmışlar. Xüsusilə, o məqam maraqlıdır ki, Tramp ABŞ-ı “İslam radikalizm”inin qarşısını almaq məqsədilə miqrantlar üçün “karvansara”ya döndərməkdən imtina etdiyi halda dindaşları tərəfindən belə qəzəblə suçlanıb…
Vatikan  bütün dinləri birləşdirəcək qondarma bir “vahid din” yaratmağa çalışır…
 
Vatikanın Tramp administrasiyasına qarşı belə “qəzəbi”nin bir izahı da ondan ibarətdir: 100 ilə yaxındır ki, Roma papalarının doktrinası ekumenizmdir. Yəni  nəinki bütün xristianların, cəmi inanclıların belə, abstrakt yeni vahid bir Allaha iman altında birləşdirən din yaratmaq. Ancaq bunu sinfi bölünmə, iqtisadi bərabərsizlik, mədəni, irqi, milli, cinsi müxtəliflik şəraitində etmək çətinləşir. Odur ki, qarşıya dini, milliyyəti, cinsiyyəti, mədəniyyəti bəlli olmayan amorf bir bəşəriyyət yaratmaq vəzifəsi qoyulub. Əsasən Vatikanın xətti ilə təbliğ edilən multikulturalizm, tolerantlıq kimi doktrinalar məhz bu məqsədlə tətbiq olunmaqdadır. Və əslində Tramp da, papa da- hər ikisi  elə bu məqsədə xidmət edir. Papa Fransisk birbaşa olaraq bəşəriyyətin mənəvi lideri statusuna sahiblənmək kursu götürüb. O, gələcəkdə ya hansısa ümumdümya dini təşkilatının rəhbəri olacaq, yaxud Vatikan bütün din və konfensiyları birləşdirən mərkəz olmalıdır…
 
İsrail prezidenti Roma papasına nə təklif etmişdi?..
 
Maraqlıdır ki, hələ 2014-cü ildə Roma papasına belə bir təklif edilmişdi. Vatikana gələn İsrail prezidenti Şimon Peres  Fransiskə Birləşmiş Dinlər Təşkilatının rəhbəri olmağı məsləhət görmüşdü. Ş.Peresin sözlərinə görə, fəaliyyət göstərən təşkilatlar dünyəvi və dini əsaslarla müharibələrin qarşısını almağı bacarmırlar. Roma papası isə dünyanı birşləşdirərək sabitlik və qanun-qayda yaratmaq iqtidarındadır. Papa da İsrail prezidentinin həmin məsləhətinə uyğun hərəkət etməkdədir. Hazırda Roma papasının siyasətinin əsas vektoru “sülh uğrunda mübarizə”dir: guya bütün dünyanı barışdırmaq, acları, yoxsulları yedizdirmək, bütün alçalmışlara sığınacaq vermək, sosial ədalətsizliyə qarşı mübarizə və s. niyyətidir. Ancaq paradoks yaranır – papa qloballaşmanı tənqid etdikcə, onun mənfi nəticələrndən danışdıqca proses daha da güclənir və  bundan əziyyət çəkənlərin sayı lap çoxalır. Elə burada Roma papasının bu “qlobal dünya teatrının səhnəsində”ki əsl rolu ortaya çıxır – “türmə həkimi”… Öncə insanları türmələrə doldurur, onlara işgəncə verməyə, təhqir etməyə başlayırlar. Bir az sonra isə kameraya xeyirxah həkim daxil olur və məhbuslara deyir: “Görün, nə pisdir bu türmə rəhbərliyi, sizə əzab verirlər, sizi incidirlər. Ancaq mən sizə xeyir arzulayıram, yalnız mənə etibar edin. Mən sizi müalicə edəcəm…”  Fəqət, tezliklə həkim çıxır və yenə də zalım türmə nəzarətçiləri gəlir. Axı “xeyirxah” doktor da onların  daxil olduğu sistemin bir elementidir. Papa Fransisk bax, bu prinsiplə çalışır…
Vatikan elektron quldarlığın yaradılmasını “dini” baxımdan əsaslandırmalıdır…
 
Bu gün maliiyyə elitası total elektron qloballaşmanın həlledici mərhələsinə gəlib çıxıb: elektron konslagerlərin, həbs  düşərgələrinin  yaradılması… (Modearator.az qlobal elektron quldarlıq barədə silsilə yazılar dərc edib (bax:http://moderator.az/news/152645.html və http://www.moderator.az/news/152812.html)).Vatikan isə bu qlobal islahatlara sosial dəstəyi təmin etməli, onları “dini” baxımdan əsaslandırmalıdır. Özü də hər şey incə və təmiz formada- əsl yezuit(katolik kilsəsinin 20 minə yaxın üzvü olan kişi ruhani ordeni)  kimi edilməlidir…
Hazırda Vatikan dünya məzlumlarına “dəstək” verən yeni strukturlar yaradır. 2014-cü ildə papa Fransisk  dünyanın 112  ölkəsində 450 qurumu birləşdirən “Görüşlər məktəbi” deyilən “xalq şəbəkəsi”nin əsasını qoyub. Bu şəbəkə istənilən dinə və milliyyətə mənsub gəncləri birləşdirir. “Görüşlər məktəbi”nin iclaslarında yeniyetmə və gəncləri idman, mədəniyyət və sosial layihələr vasitəsilə “dinc dialoq”a öyrədirlər. Həmin qurumların proqramlarında aparıcı anlayışlar multikulturalizm, tolerantlıq və dünya ilə harmoniyadır. Burada klassik xristianlıqdan heç bir əsər-əlamət yoxdur. Bu ümümdünya maliyyə elitası tərəfindən dəstəklənən qlobalist bir şəbəkədir…
Əslində Vatikn bu gün məqsədyönlü şəkildə, masonların ideologiyasına uyğun olaraq bütövlükdə əsl xristianlığa aid hər şeyi məhv etməyə çalışır. Vatikan qlobalizm ideologiyasının mərkəzi kimi çox güclü işləyir və öz təsir dairəsini genişləndirir…
Tramp innovasion elektron biznes sahibləri ilə ittifaqda…
 
Trampla Papanın baxışlarında  prinsipial ziddiyyət də yoxdur. Sadəcə, onlar arasında özünəməxsus “əmək bölgüsü” aparılıb.: Tramp  bankirlər və innovasion elektron biznes sahibləri ilə ittifaqda qlobalizasiyanı həyata keşirir. Burada ABŞ prezidentinin  yaxın gələcəkdə hazırkı ictimai formasiyanın çökməsi ilə dəhşətli nəticələrə gətirib çıxardacaq rəqəmsal iqtisadiyyatın tətbiq edilməsindəki rolunu xatırlatmaq gərəkdir.  Papa isə insanları ruhi-mənəvi baxımdan Yeni Dünya Düzənini qəbul etməyə hazırlayır.  “Bəli, uşaqlar, biz yoxsullar, səfillər, miqrantlar üçün kasıb bir kilsə yaradırıq!”.  Fransiskin əksər çağırışlarının mahiyyəti bundan ibarətdir. Beləcə  guya bu dünyanın güclülərinin kəskin tənqid etməklə Fransisk əslində hiyləgərcəsinə  onlara öz məqsədlərini həyata keçirməkdə dəstək verir…
Gəlin unutmayaq ki, yezuitlər  – kütlə şüuru ilə manipulyasiya etməyin böyük ustalarıdır.  Onlar öz mənəviyyatlarını istənilən konyukturaya, sistemə uyğunlaşdıra bilirlər. Onlar üçün bütün dəyərlər nisbidir. Roma papası hamının onu sevməsinə çalışdığı üçün səhər masonları söyə, axşam isə onlarla birgə çay içib mehriban söhbət edə bilər. Bu gün Fransisk abortların əleyhinə çıxış edir, sabah isə homoseksuallarla qardaşlaşır. Odur ki, papanın və onun yaxınlarının Trampa qarşı bəyanatlarını  Vaşinqtonla Vatikan arasında nəsə bir ziddiyyətin nəticəsi kimi ciddi qəbul etmək lazım deyil.  Əksinə, bilmək gərəkdir ki, bu, insanları azdırmağın klassik iezuit metodu, Fransiskin firma üslubudur. Papa sadəcə hamını guya himayəyə almaqla özünün “ruhani lider” obrazını yaratmağa çalışır…
Bəzi teoloqlar hesab edir ki, Vatikan rəhbərinin gedişləri İslam və xristian dinlərinin tam sonuna çıxmaqla Antixristin- Dəccalın gəlişinə hazırlıqdır. Fransiskin nümunəsində biz ümumdünya hökumətinin liderinin özünü necə aparacağını da görürük…
Bir sözlə, araşdırmalaradan belə nəticəyə gəlmək olur ki, Roma papası Fransisk və ABŞ prezidenti Tramp eyni ələ oynayırlar. Onların arxasında eyni super güclər dayanır – ümumdünya maliyyə elitası… 2016-cı ildə, hələ prezident təyin olunmamışdan öncə Tramp bütün nəhəng İnformasiya Texnologiyası şirkətlərinin( “Google”, “Microsoft”, “Apple” və s.) nümayəndələri ilə görüşərək bəşəriyyətin rəqəmsal birliyinin yaradılması planını müzakirə etmişdir. Aydındır ki, Tramp nəhəng innovasion biznes şəbəkəsinin əlaltısıdır…
Tramp və Roma papası  dünyanın əsl hökmdarlarının marionetləridir…
Onu da unutmaq olmaz ki, Vatikana əsas sərmayə məhz ABŞ-dan axır. Məhz Şimali Amerikada gizli rahib ordenləri olan “Opus Dei”nin(“Tanrının əli”) və ieuzuitlərin nüfuzu çox böyükdür.  Papa kardinalları Amerika siyasi dairələrinndə çox vacib rol oynayır. ABŞ Ali Məhkəməsinin 9 üzvündən 5-i katolikdir…
Xülasə, Tramp administrasiyaı və Vatikan arasında heç bir ideya ziddiyyəti yoxdur və ola bilməz. Papa Fransisk və prezident Tramp dünyanın əsl hökmdarlarının marioneti, menecerləridir. Qalan hər şey isə OYUN və MANİPULYASİYADIR…
P.S.  “Allah (bütün) hiyləgərlərdən tədbirlidir (hiyləgərlərə ən yaxşı cəza verəndir)”(Qurani-Kərim, Ali-İmran surəsi, 54-cü ayə).
Sultan Laçın

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin