Roberto Bordin: “Hər dəfə mənfi nəsə baş verməlidir ki, komandam ayılsın”

0
28

“Qırmızı vərəqəyə kimi yaxşı oynayırdıq. Buna qədər qorxu da var idi. Tam güclə irəli atıla bilmirdik”.

“Report” xəbər verir ki, bunları “Neftçi”nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın V turunda evdə “Keşlə” ilə qolsuz heç-heçədən sonra deyib.

İtaliyalı mütəxəssisin sözlərinə görə, matçın 34-cü dəqiqəsində Donald Gerye qırmızı vərəqə alandan sonra daha yaxşı oynayıblar: “Qəribədir ki, 10 nəfərlə daha yaxşı oyun göstərdik. İkinci hissədə müdafiə olunduq. Rəqib bütünlüklə irəli atılmışdı. Meza Kollinin zərbəsini qapıçımız qaytardı. Ancaq matçın sonlarında qələbə topunu vura bilərdik. Namiq, Emin və Dabonun yaxşı imkanı oldu.

Təəssüf ki, psixoloji təzyiq ilk dəqiqələrdən oyunumuza təsir edir. Hər dəfə neqativ nəsə baş verməlidir ki, komandam ayılsın”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin