“Riyad” Mühafizə Xidmətinin adı dəyişdirildi – YENİ AD

0
687
Azərbaycanda fəaliyyət göstərən “Riyad” Mühafizə Xidmətinin adı dəyişdirilir.
Bu  barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fuad Mədətov məlumat verib.
F.Mədətov bildirib ki, qurum 2018-ci ilin yanvar ayından fəaliyyətini başqa adla davam etdirəcək:
“Bu ilin sonuna qədər “Riyad” Mühafizə Xidməti öz adı ilə fəaliyyət göstərəcək. 2018-ci ilin yanvar ayından isə yeni lisenziya alınacaq və qurumun adı “Alov” Mühafizə Xidməti olacaq. Adının dəyişdirilməsinə baxmayaraq, “Alov” Mühafizə Xidməti “Riyad” Mühafizə Xidmətinin bazasında yaradıldığı üçün əvvəlki adla bağlı baş verən bütün proseslərə cavabdeh olacaq”.
Xatırladaq ki, “Riyad Təhlükəsizlik Xidməti” 2004-cü il yanvarın 3-də Ədliyyə Nazirliyində təhlükəsizlik şirkəti kimi qeydiyyatdan keçib və hazırda da həmin adla xidmət edir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin