Rayon rəhbərinin qardaşı öldürüldü

0
902

Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Məhərəmkənd rayonunda atışma baş verib.

RealMedia.az Rusiya KİV-inə istinadən xəbər verir ki, atışmada 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Ölənlərdən biri rayonun başçısının qardaşıdır. Onun rayon şurasının deputatı olduğu bildirilir.

Muxtar respublikanın Daxili İşlər Nazirliyindən atışma faktını təsdiq ediblər. İdarənin məlumatına görə, münaqişənin iştirakçılarından biri saxlanılıb, iki nəfər axtarılır.

Daha əvvəl məlumatlı mənbə bildirib ki, münaqişəyə yüksək vəzifəli şəxslərin uşaqları cəlb olunub.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin