Rayon qeydiyyatlı şəxslər Bakıdakı işinə dönə biləcək? – Video

0
202

Bu gecə saat 00:00-dan “Sədərək” və “Binə” ticarət mərkəzləri də fəaliyyətini dayandırır.

RealMedia.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin sözçüsü İbrahim Məmmədov bildirib.

İ.Məmmədov onu da qeyd edib ki, karantin rejimi tətbiq edilənə qədər (bu gecə saat 00:00-dək) qeydiyyatda olduğu yerə qayıtmaqla bağlı heç bir vətəndaşın problemi olmayacaq. Ancaq karantin rejimi başladıqdan sonra bütün vətəndaşların Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş-çıxışı qadağandır.

Jurnalistlərin sualına cavab olaraq İ.Məmmədov bildirib ki, Bakıda işləyən, lakin rayon qeydiyyatında olan və hazırda bölgədə olan şəxslərin Bakıya dönə bilməsi məsələsi ilə bağlı DİN mümkün imkanlar yaradacaq.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin