Zeynəb xanımın vəfat xəbərini o şəxs yayıb

0
101
Xalq artisti Zeynəb Xanlarovanın ölməsi ilə bağlı məlumatların artıq yalan olduğunu hamı bilir.
Bunu Kult.az-a açıqlamasında Zeynəb Xanlarovanın qohumu, əməkdar artist Mehriban Xanlarova deyib. O bildirib ki, Z.Xanlarova Bakıda ailəsinin yanındadır:
“Bu məlumatı xaricdə yaşayan bloger Orxan Ağayev adlı şəxs yayıb. Kişi olan kəs belə bir şayiə yaymaz. Zeynəb xanımla danışmışıq, evində – ailəsinin yanındadır və səhhəti qaydasındadır. Allah ona uzun ömür versin, düşmənlərinin də gözü çıxsın! Allah o məlumatı yayan insanın cəzasını versin!”
Qeyd edək ki, ötən gecə xalq artisti Zeynəb Xanlarovanın vəfat etməsi ilə bağlı yalan məlumat yayılıb və bu, ciddi narazılığa səbəb olub.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin