Ramin Məhəmmədoğlu: “Məhkumların tibbi sığorta məsələsi gündəmə gəlməlidir”

0
915

“Milli Məclis qarşısında məsələ qoyulmalıdır ki, məhkum olmuş şəxslərin(hansıki onların səhhətində həbs olunana qədər heç bir problemləri olmayıb) dövlət tərəfindən tibbi sığorta olsunlar.”

Realmedia.az xəbər verir ki, bunu jurnalist Ramin Məhəmmədoğlu deyib. Məhkumların müdafiəsi ilə bağlı daim araşdırmalar aparan yazar bunun vacib olduğunu öz “facebook” səhifəsində qeyd edib:

“Onların sağlamlığı müayinə olunaraq tibbi sığorta kitabında qeyd edilsin.Düzdür, məhkum olunan şəxslər tibbi müayinədən keçirilirlər, onların sağlamlığı yoxlanılır. Lakin onlar gələcəkdə tibbi sığorta haqqından istifadə edə bilmirlər. Sirr deyil ki, bir çox hallarda həbs olunan məhkumlar sonradan həbsxanalarda  ağır xəstəliklərə yoluxurlar və onlar həbsdən azad olunandan sonra bu xəstəliyin ağır fəsadlarını yaşayırlar. Belə olduğu hallarda isə onların müalicə və müayinəsi üçün təbii ki, pul lazım olur. Hesab edirəm ki, dövlət bu məsələyə xüsusi diqqət ayırmalı və hər bir məhkum olunmuş şəxsin sağlamlığına diqqət yetirməklə yanaşı, onların həbsdən sonrakı həyatına tam şəkildə təminat verməlidir. Bu olduqca vacib bir məsələdir. Hökumət və Parlament bu məsələni müzakirəyə çıxarmalı,konkret qərar qəbul etməlidir. Öhdəlik isə qanunla Ədliyyə Nazirliyinin Penitensiar Xidmətnin üzərinə qoyulmalıdır.”

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin