Ramil Usubov daha bir rəisi işdən çıxartdı – Təyinat

0
1096
Daşkəsən rayon polis şöbəsinin rəisi vəzifəsindən azad edilib
Daxili işlər naziri Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.
Nazirin əmri ilə Daşkəsən Rayon Polis Şöbəsinin rəsi Fəxrəddin Abbasov vəzifəsindən azad edilərək Ağsu Rayon Polis Şöbəsinə rəis təyin edilib.
Qeyd edək ki, Saatlı və Salyan rayonlarının Polis Şöbələrinə də yeni rəis təyinatları olub. Belə ki, Ramil Usubovun müvafiq əmri ilə Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev isə Saatlı RPŞ-nə rəis təyin edilib.
Daşkəsən və Kəpəz polis şöbəərinə isə hələlik təyinat yoxdur.
RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin