Rafet El Roman Pərvin Abıyeva ilə sevgili olmasından DANIŞDI: HƏR ŞEY ÜZƏ ÇIXDI – VİDEO

0
1396

Tanınmış türkiyəli müğənni Rafet El Roman ötən günlərdə azərbaycanlı aktrisa Pərvin Abıyeva ilə sevgi münasibətlərinin yayılması xəbərinə münasibət bildirib.

Kanal D-də yayımlanan “Maqazin D” proqramında Pərvin Abıyeva və Rafet El Romanın gecə restoranların birində görüşməsi xəbəri müzakirəyə çıxarılıb.

Aktrisa və müğənnin aralarında olan eşqdən danışılan proqramda R.E.Roman bütün bu məsələlərə aydınlıq gətirib:

“Hamısı dostlarımdır. Bütün bunlara görə artıq dostlarım da mənimlə bir yerə çıxmağa çəkinirlər”.

Müğənni jurnalistlərin “Əgər dostunuzdursa, niyə avtomobilin ön pəncərəsi tərəfdə qızılgül var idi?” sualına isə belə cavab verib:

“Yanında kim olursa, olsun gül satanlar yaxınlaşıb, almağımızı tələb edir. Mən də kübarlıq olsun deyə, almışdım”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin