Rəsmi İran: “Qadağalar aprelin 20-dən etibarən qaldırılacaq”

0
460

İran prezidenti Həsən Ruhani bu gün koronavirusla bağlı keçirilən iclasda Qərb ölkələrinin timsalında ABŞ-a sərt mesajlar ünvanlayıb. 

RealMedia.az “RİA Novosti” yə istinadən xəbər verir ki, Ruhani deyib ki, İranda vəziyyət Qərb ölkələrinə nisbətən daha yaxşıdır.

“Bəli, bu gün koronavirusla mübarizədəki vəziyyət (Qərb ölkələri – red.) sizdən daha yaxşıdır. Səbəbi bizim gözəl insanlarımızdadır. Səbəb tibb işçilərinin, silahlı qüvvələrin fədakar mübarizəsidir …” deyə Ruhani bildirib. Ruhani həmçinin əlavə edib ki,  bölgələr arasında hərəkət qadağaları aprelin 20-dən etibarən qaldırılacaq.

Qeyd edək ki, İranda koronavirusa yoluxanların yarısı artıq sağalıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin