Rəsmi Bakı razılıq verdi: Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək

0
769

Rəsmi Bakı Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinə razıdır.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev publika.az-a bildirib ki, bu təklif Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüşdə səsləndirilib.

O bildirib ki, görüş əsnasında təklif olunub ki, 7-8 dekabr tarixlərində Vyanada keçiriləcək ATƏT-in xarici işlər nazirlərinin toplantısı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin. Azərbaycan tərəfi bu təklifə öz razılığını bildirib.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin