Rəşəd Gencinski Abxaziyada güllələndi

0
2309

Abxaziyada iki qanuni oğru güllələnib. Bunlar Nikalay Dqebuadze (Nika Qaqrinskiy) və Rəşəd İsmayılovdur (Rəşad Gencinskiy).

Realmedia.az Rusiiya mətbuatına  istinadən xəbər verir ki, konflikt “Nika” ilə Qudaut klanı və onların başçısı “Pıza” ləqəbli avtoritetin arasında baş verib.

Abxaziyada möhkəmlənmək üçün  Nadir Səlifov (lotu Quli)  ora Roma Stavropolski və Rəşad Gencinskini göndərib.  Məsələləri güc yolu ilə həll edəndə Quli məhz onlara güvənir. Rövşən Lənkaranskinin aradan götürülməsi də Rəşad Gencinskinin adı ilə bağlıdır.

Qudaut oğruları ilə görüş təyin edilmir. Onların yerini “Nika”ya çatdırırlar. İçəri girdikdə Qudaut oğruları özlərini itirir. “Nika” dərhal yumruqlarını işə salır. Atletik bədənli Roma Stavrapolski də canfəşanlıq edir.  “Pıza” macal tapıb tapançasını çıxara bilir və atəş açıb hücum edənləri yaralayır.

Hadisələrin gedişatını izləyəcəyik.

İlqar Atabəyli

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin