Qurban Qurbanov: “Heç nə bitməyib, mübarizəmizi sona qədər davam etdirəcəyik”

0
41

“Hesab 1:0 olduqdan sonra, iki, üç və dördüncü qolları vura biləcəyimiz halda məğlub olduq”.

APA-nın məlumatına görə, bunu futbolu üzrə Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

47 yaşlı mütəxəssis Avropa Liqasının IV turunun APOEL-lə səfər oyunu (1:2) barədə fikirlərini açıqlayıb. Q.Qurbanov uğursuzluğa belə şərh verib: “Futbol belə bir fərqli oyundur. Həm Bakıdakı, həm də bu gün rəqibdən çox qol epizodlarımız olsa da, qalib gələ bilmədik. Nəticə nə qədər ədalətsiz olsa da, APOEL-i təbrik etməliyik. Hələ heç nə bitməyib, mübarizəmizi sona qədər davam etdirəcəyik”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin