“Qüds gedərsə, Məkkə, Mədinə, İstanbul, İslamabad, Şam da gedər…”

0
966

Prezident Ərdoğan bu gün İstanbulda “Biz hələ ağzımızdan son sözü çxarmamışıq” deyərək, dünyaya mesaj verib.

 “15 ildir Türkiyəni böyük, güclü, məzlumların, günahsızların ümid qapısı, güvən qaynağı olan bir ölkə kimi gücləndirməkdəyik”, – deyən Ərdoğan türk olaraq dünyaya hələ son sözlərini demədiklərini bildirib:

“Türk milləti olaraq daha dünyaya son sözümüzü söyləmədik. Milyardlara müsəlman olaraq da son sözümüz hələ ağzımızdan çıxmadı. Hər şeyin zamanı olduğu kimi, bu böyük günün də zamanı var”.

Ərdoğan deyib ki, ən qısa müddətdə haqsızlıqları aradan qaldıracaqlar: “Biz bu günləri görəcəyik. Bunun ilk addımlarını Suriyada atmaya başladıq. Bütün müsəlmanların gələcəyini yaxından maraqlandıran oyunu biz pozduq. 

İndi də Qüds üzərindən hücum başladı. Bununla bağlı ilk addımı ötən gün atdıq. Bunu dəqiq bilirik: Qüds gedərsə, Mədinəni qoruya bilmərik, Mədinə gedərsə, Məkkəni qoruya bilmərik. Məkkə gedərsə, Kəbəni itirərik. Qüds gedərsə, İstanbul, İslamabad, Şam gedər. 

Əgər bu gün daxildən, xaricdən davamlı hücumlara məruz qalırıqsa, böhtanlara tuş gəliriksə, davamıza və onun uğruna canımıza qəsd edilirsə, səbəbi bu mübarizələrdən vaz keçməmiyimizdir”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin