Qubada qiymətli ağac növləri məhv edilir-parket sexinin məhsulları hansı məmurun evinə gedir -VİDEO

0
2670

Hazırda respublikamızın meşə fondu torpaqlarının ümumi sahəsi 1,214 milyon hektardır və adambaşına 0,12 hektar meşə sahəsi düşür. Azərbaycanda meşələr əsasən enliyarpaqlı cinslərdən ibarətdir. İynəyarpaqlı meşələrdə əsas Qarmaqvari şama Kiçik Qafqazda, Göygöldə, Tovuz rayonu ərazisində Şamlıq və Böyük Qışlaq kəndləri ətrafındakı meşələrdə, Böyük Qafqazda Qusar rayonu meşələrində təsadüf edilir. Azərbaycan meşələrinin əsasını qışda yarpağını tökən enliyarpaqlı növlər təşkil edir.

Meşələrimizdə 1536 cinsə aid olan 150 növ yabanı meyvə bitkiləri mövcuddur. Bu bitkilərdə min tonlarla (adi qoz, alma, armud, zoğal, alıca, əzgil, fındıq, xurma, yemişan, şabalıd, böyürtkən və s.) yabanı meyvə məhsulu var. Bu meyvələrdən 30 faizi istismar əhəmiyyətli məhsullardır.

Azərbaycanın meşə fondu bütün xalqın qiymətli sərvətidir. Hazırda meşə təsərrüfatının ən vacib problemi meşə fondundan məqsədyönlü və səmərəli istifadə olunmasıdır. Azərbaycanda bu problem olduqca aktualdır, belə ki, burada meşə sahələri çox azdır və meşə istehsalatına veriləcək torpaqların sahələrinin ehtiyatı da məhduddur.

Qarabağa əlimiz çatmır,bəs bura?

Ermənistanın ölkəmizə təcavüzü nəticəsində də meşələrimizə ciddi ziyan dəyib. Rəsmi məlumatlara görə, ermənilər tərəfindən 261 min hektar meşə sahəsi vəhşicəsinə qırılıb talan edilir. Bu ərazilərdə bitən qiymətli ağac növlərinin kəsilib aparılması biomüxtəlifliyin qorunmasını kritik həddə çatdırıb. Buna misal kimi Topxana meşəsini göstərmək olar. Təkcə son bir neçə il ərzində işğal altındakı torpaqlarımızda 6 min hektaradək ərazinin yandırılması da bu sahədə hökm sürən acınacaqlı vəziyyətdən xəbər verir. İşğal altında olduğu üçün bu mənfi tendensiyaya müdaxilə də müşküldür.

Ancaq problem ondadır ki, müharibənin nəfəsi dyməyən, şimal rayonlarımızda da meşələr qırılır. Vəziyyət ürəkaçan deyil.

Quba, Xaçmazda , konkret ərazilərdə qanunsuz ağac kəsimi ilə bağlı konkret dfakt və dəlillər var.

ETSN Bakida qanunsuz ağac kəsən şirkət rəhbərinin həbsi ilə bağlı mediaya məlumat ötürür. Bəli , bu faktdır. Ancaq Bakıda 3 ağac qanunsuz kəsilirsə, regionlarda bu rəqəm 10 qat artıqdır. Bu barədə ETSN-nin məsul vəzifəlilərinə məlumat veririrk, tükləri belə tərpənmir. Niyə? Şimal meşələrindəki ağaclar ağac deyil, yoxsa səbəb nədir.

Faktlarla bağlı Azerinfo.az-ın əməkdaşı 5 saylı Ərazi Ekologiyə və Təbii Sərvətlər şöbəsinin rəisi Rafiq Ədilova, Yalama meşə mühafizəsi və bərpası müəssisəsinin rəisi Adil Məcidova məlumat verir, görüşüb həmin ağac kəsimi olan əraziləri göstərmək istədiyində olduğunu deyir. Amma bu vəzifəli şəxslər deyir ki, nazirlik media ilə təməsa qadağa qoyub. Mətbuat xidməti razılıq versə ancaq müraciətinizə baxılacaq.

Cənablar, biz sizin mətbuat xidmətinizi gözləyən, nazı ilə oynayan deyilik. Deyirik ki, ərazidə yaşıl ağaclar kəsilir. Bu cinayətdir. Siz isə bürokratik əngəl yaradırsız mətbuata. Arada cənab prezidentin media və mətbuatla çıxışlarını diqqətlə oxuyun lütfən.

Hər iki məmur deyir ki, nazirlikdə Rövşən Cəlilov var və o bizə danışmağa konkret qadağa qoyub. Anlamırıq , R. Cəlilov kimdir ki, qanunları poza, prezidentin dediklərini qulaqardına vura. Bəlkə də o heç belə qadağa qoymayıb.

Faktlar

Oktyabr inqilabının banisi Vladimir İlyiç Lenin deyərdi ki, əlahəzrət fakt yaman tərs şeydir. Quba meşələrindəki soyqırım və ağac kəsimi ilə bağlı Azerinfo.az əməkdaşları rayonda araşdırma aparıblar. Bu araşdırmanın videosüjetini təqdim edəcəyik. Qısaca olaraq bildirək ki, qeyri-qanuni kəsilən ağaclar əsasən Quba-Yalama yolu üzərində, Vladimirovka kəndi ərazisində olan 3 sexə daşınır. Ən böyük sexin yiyəsi Fətulla adlı şəxsdir. Rayon rəhbərliyi ilə yaxın əlaqədə olduğu söylənilir. Çünki əksər məmurların, o cümlədən başçının evində döşəməyə vurulan parketlər məhz bu sexdə hazırlanıb. Hər halda Fətulla belə deyir. Sexdə palıd və diğər qiymətli ağac növlərindən parket istehsal edilir.

İkinci sexin yiyəsi Tərlan adlı şəxsdir. Onun sexində və üzbəüzdəki sexdə də ağac emal edilir. Qanunsuz ağac kəsimi bir yana dursun, hər 3 sexdə xeyli insan çalışır. Onların heç biri ilə əmək müqaviləsi bağlanmayıb. Sosial Müdafiə Fonduna, Vergilər Nazirliyinə heç bir pul ödənmir. İşçilər tam hüquqsuz vəziyyətdədirlər. Bahalı parketi nisbətən ucuz qiymətə alan yerli məmurlar bütün bu qanunsuzluqlara göz yumurlar.

Bir maraqlı fakt isə odur ki, 5 saylı Ərazi Ekologiyə və Təbii Sərvətlər şöbəsinin rəisi Rafiq Ədilov əvvəllər Qusarda anoloji vəzifəni tutub. Sonra işindəki səhlənkarlığa görə çıxarılıb. Daha sonra Qubaya baş meşəbəyi kimi göndərilir. Və ETSN-də o vaxt vəzifə sahibi olan Xəlil Ramazanovun köməkliyi ilə indiki vəzifəsinə təyinat alır. Görəsən vəzifədə səhlənkarlıq etmiş şəxsə yenə meşələri niyə etibar ediblər. Axı nəticə göz qarşısındadır.

P.S.Gələn sayımızda Qubadakı Zərdabi kolxozundakı sexlərdə qanunsuz ağac emalı ilə bağlı yazı və videosüjeti təqdim edəcəyik.Qubada qiymətli ağac növləri məhv edilir-parket sexinin məhsulları hansı məmurun evinə gedir -VİDEO - YENİLƏNİR
Qubada qiymətli ağac növləri məhv edilir-parket sexinin məhsulları hansı məmurun evinə gedir -VİDEO - YENİLƏNİR
Qubada qiymətli ağac növləri məhv edilir-parket sexinin məhsulları hansı məmurun evinə gedir -VİDEO - YENİLƏNİR

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin