Qubad İbadoğludan maraqlı məsləhət: “gömrükdən keçərkən, cibinizi tikdirin, yoxsa…”

0
1187

“Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın 2.1. maddəsinə görə, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər”.

RealMedia.az xəbər verir ki, bunu ADR Hərəkatının sədri Qubad İbadoğlu AXCP sədrinin müavini Gözəl Bayramlının həbs olunmasına münasibətini bildirərkən qeyd edib.

O, özünün facebook səhifəsində paylaşdığı statusunda hadisəylə bağlı bildirib ki, bu zaman gömrük prosedurları 2 halda tətbiq olunur:

“1.Valyuta müvəqqəti olaraq gətirilərkən, çünki onu geri qaytaranda xaricdən gətirildiyini təsdiq edən sənəd tələb olunur.

  1. Gətirilən mala görə gömrük rüsumu və vergi öhdəlikləri yaranarkən.

Gözəl Bayramlı öllkəyə valyuta gətieməkdə ittihamla həbs olunan birinci şəxs olduğundan bu məsələdə presedent hüququna da istinad etmək mümkün deyil. Odur ki, “valyuta qaçaqmalçılığı ittihamı” görə Gözəl Bayramlı haqqında 3 aylıq həbs imkan təbdiri seçiləndən sonra gərək xaricə çantasız gedib gələk və həm də ciblərimizi tikdirək”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin