Qorxmaz Hüseynovun işçisi ondan şikayət edən ofisiantı döydü-Nərimaov polisi isə şikayətçiyə təzyiq edir

0
993

“Azərsu” prezidenti öz yüngülməcaz işçilərini kafelərdən yığışdıra bilmir” sərlövhəli məqalə “Sonolay.org” saytında dərc olunandan sonra redaksiyamıza qurumun tənqid etdiyimiz şöbə müdiri Lətif bəy barəsində daha bir ilginc xəbər daxil olub. O, borclu qaldığı kafenin Zümrüd adlı xanım əməkdaşından tələb edib ki, gedib polis bölməsindən onun barəsində etdiyi şikayəti geri götürsün. Ofisiant qız buna razı olmadıqda Qorxmaz Huseynovun işçisi onu ictimai yerdə döyüb. O, həmçinin kafedə çıxardığı oyun barədə saytda gedən yazının təşəbbüsçüsü, informasiya mənbəyi kimi Zümrüdün yaxasını tanıdığından, məqalənin internetdən çıxarılmasını da hədə-qorxu gəlməklə ondan tələb edib.

CM -nin 221-ci maddəsində nəzərdə tutulan xulüqanlıq əməlini törədən “Azərsu” əməkdaşının yaxasını məsuliyyətdən, adını da rüsvayçılıqdan qurtarmaq üçün Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin post – patrul xidməti əməkdaşları da “dəridən-qabıqdan çıxır”, şikayətçi qadına təzyiq göstərirlər. Belə ki, dünən gecə bölmənin polis əməkdaşları sözügedən kafeyə gələrək şikayətçi xanımdan ərizəsini geri götürməyi tələb ediblər, əks halda onun üçün yaxşı olmayacağını deyiblər.
Görünür, Lətif bəy polis işçilərinə içməli su ilə təminat sarıdan problemlərinin olmayacağını vəd edib ki, onlar da onun müdafiəsinə çalışırlar. Kim deyir ki sudan rüşvət olmaz?

Sonolay.org

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin