QILVERƏN GƏDƏ ORİ – Bu tarixi hadisə ilə çox şey dəyişdi – ELMİ FAKT

0
146

1702-ci sənənin avqust ayının 22-də Qurban bayramına bircə gün qalmış, cümə axşamı Osmanlı türk ordusunun yeniçəri hissələri Xarkov şəhərinin güney doğu civarında mühasirə halqasını kip qapayarkən, günəş qüruba doğru enirdi. Qızmar yay ayları boyu 1 Pyotrun seçmə rus qoşunları Krımdan quzeyə sarı əzişdirilərək, dabanlarına baxmadan geriyə çəkilirdilər. Alatoranlıq düşər-düşməz pas şeypurları çalınan kimi türk döyüşçüləri istirahətə keçmək üçün çadırlar qurmağa başladılar.

Ordu başçısı Baltacı Mehmet Paşa kəndi şakərinin xilafına olaraq, bu kərə öz qırmızı sərkərdə çadırını hərbi düşərgənin dışında xırda təpə döşündə saldırmışdı. Bu saymazyanalıq və özünə güvənclik yağılara daha bir ruhi sıxıntılar gətirməliydi. Paşanın təhlükəsizliyinə cavab verən ordu xəfiyyə və kəşfiyyat başçısı Salman bəy Zəngəzurlunun etirazlarına rəğmən, ordu rəisi hikkəsindən dönmədi, sınanmış cangüdənlər hesabına qırmızı çadırın qoruncu gücləndirildi. Salman bəy on beş il idi ki, Osmanlı ordusunda döyüşürdü.

Savaşlarda göstərdiyi cəsurluğa və dönməzliyə görə gələcəkdə Sultan 1 Mahmuddan (1696-1754) iki kəz fəxri fərman, bir altun qılınc alacaq Salman bəy azərtürkdü, gizli elçilərin danışıq və təvəqqələriylə qardaş orduya könüllü getmişdi. O, Mehmet paşanı çadırına ötürərək, mühafizə sarıdan arxayın-arxayın təpə yamacından düşərgəyə enəndə ulduzlar sayrışan aydın səmada bədirlənmiş ay məsum və sükunətli yay gecəsinə behişt cazibəsi verirdi. Bu zaman paşa şam yeməyini bitirmiş, iki mey kuzəsini boşaltmış, xumarlana-xumarlana pərqu yastıqlara dirsəklənmişdi. Çadır qapısındakı keşikçi yeniçəri on addım aralıdakı cangüdən üçlüyünə tez-tez göz yetirir, mürgülərini qovmaqdan ötrü hərdən onları astadan səsləyirdi. Düşərgədə sönməkdə olan ocaqların zərif tüstüsündən və kollar arası uçuşan atəş böcəklərindən özgə heç nə hərəkətdə bulunmurdu.

Birdən ağ tül axşam paltarına bürünmüş, əlləri arasında qabarıq sini tutmuş və pərişan sarı saçları dolu çiyinlərində xəfifcə dalğalanan mələk timsallı qadın təpədən üzü aşağı enməyə başladı. Tül altda cılpaq bədənli məxluqə narın qaz yerişiylə paşanın parlaq çadırına tərəf yüyürür, hərdən də tullana-tullana şumşad vucudunu titrədirdi. Kənar üç keşikçi ay işığında süzən bu möcüzəli mənzərənin xofundan bayılaraq, yerə sərilmişdi. Qapıdakı sonuncu cangüdənin də halı əsgər dostlarınkından heç də saz deyildi.

Düşərgə əhli bu adi olmayan vaqeədən xəbərsiz dərin yuxuya dalmışdı. Gecə saat iki radələrində qadın əyilərək, maneə görmədən çadıra girdi. Kefli paşa qəfil gecə qonağını alacalanmış gözləriylə süzərək, ona yanında yer göstərdi, iki küknar qozası kimi sinəsində qabarmışa nəzər saldı, usta dülgər əlindən çıxmış mütənasib rəndələnən ayağına, üstünəbaşına baxdı və sərxoş vücudunda qanadlanıb çiyinlərinə qonan ehtiras quşlarını qovmadı… Qadın nə mələk, nə əcinnə yox, imperator I Pyotrun halalca kəbinli-talaqlı baş zövcəsi, oğlu Alekseyin, doğmaca qızları Mariya və Olqanın anaları imperatricə Yekaterina idi. Paşa səhər qaş açılanadək tükənməz şəhvət aləminə dalaraq, gecə məşuqəsini zatən təpə ardına kimi yola saldı. Çadırda içərisində 600 ədəd yüksək əyyarlı onluq altun sikkələr qalanmış sini və baha əyləncənin şərti olaraq, mühasirənin açılmasına dair rica yazılmış əl boyda kağız qalmışdı. Sultan xəfiyyəsi elə ordaca məxfiliyi faş edə bilmiş, görünməmiş xəyanət haqqında İstanbula çapar göndərmişdi.

Yekaterina Şaş köyündə (indiki Daşkəndin qədim adı) çığatay cavanları içrə məlum peşəylə güzaran sürürdü. Vasili adlı avara bir rus əsgərinin məşuqəsi kimi tanınanda səsi-sorağı uzaqlara yayıldı. Sonralar imperatorun dostu və sərkərdəsi knyaz Menşikov onun gözəl qadın cazibədarlığından xəbər tutub, zorla Peterburqa gətirdərək, özünə kəniz eləmişdi. Saraydakı bir məclisdə imperatorun gözünə sataşan kimi sonuncu öz növbəsində dostunun kənizini güclə knyazdan qopararaq, kəndisinə kəbinli arvad yapıb, bu üzü üzlər görmüş pozğun zənəni imperatricə məqamına qaldırdı.

Sözügedən vaxtlarda rus ordusu qərargahında İzrael Ori deyilən bir hayk vurnuxurdu. O, bir il öncə Venetsiyadan Sankt-Peterburqa gəlmiş, saraya min dillə yol tapmış, 1 Pyotrun qılığına girə bilmiş, rus-hayk müttəfiqliyinə şirnik vermiş, ona qondarma “Böyük Ermənistan” xəritəsini sırımışdı. Xəritə 1696-cı sənədə Venetsiyada hay icmasının rahibxana mətbəəsində katolikos A.Mkrtçyanın rəhbərliyi ilə hazırlanmışdı. Doğu Kiçik Asiya torpaqlarında, sənin və mənim üzərimdə yeridiyimiz çağdaş Quzey Azərbaycan əraziləri, bir sözlə, dənizdən-dənizə yurd yerlərimizdə hayk dövləti yaranmasına kömək etdiyi təqdirdə Rusiya öz düşməni Osmanlı Türkiyəsinə qarşı mücadilədə hayların danışıqsız sədaqətini qazanacaqdı.

Qafqaza birər-birər nairi axışmasının tarixçəsi belə başladı, rus-hayk öncər (taktiki) və soncar (strateji) mənafeləri bu cür culğaladı. Bizə bircə onu demək qalır ki, hayk gədələri Qafqazda rusların köpəkləri kimi xidmət göstərməliydilər. İllər sovuşsa da, onların arasındakı hərbi müttəfiqlik əhdi hazırda da qüvvəsində qalmaqdadır. Kəsəsi, məhz həmin gecə arvadını yad qucağına göndərməyə I Pyotru ələkçinin qılverəni haykgədəsi İzrael Orli şirnikləndirmişdi. Bununla da, namusunu özgə kişinin ağuşuna göndərməklə hökmdarın ləyaqətsizliyi belə məcəralar üçün adi sayılan şərəfsizliyi ilə birləşir, Rusiya tarixində silinməz ləkə kimi qalan bu iyrənc olay dildə-ağızda gəzməli, xüsusən, biz azərtürkləri sayıqlığa səsləməlidir, qadam. Öz hərbi andını nəfsinə qurban vermiş Mehmet paşa Xarkov mühasirəsini açdığına görə İstanbul sarayına gətirildi və xəyanətinin cəzası kimi 600 qızıl sikkə əridilərək, boğazina töküldu. İndi də o, altun salxımı Topxana muzeyində saxlanılır. Azərtürk başçımız sultan təşəkkürüylə daha çox sənələr vuruşlarda bulundu.

Tarixin ibrət dərsini mənimsəməli başbilənlər dış siyasətimizi elə qurmalıdırlar ki, imperiya havasını unutmamış Rusiya ilə ilişgilər iqtisadi əlaqələrdən kənara çıxmasın, it hürən quzey səmtə yox, işıq gələn batı yönümünə daha çox meyillənsin. Son beş ilin olayları göstərdi ki, hamam həmin hamamdır, tas da həmin tas, ancaq ifaçılar dəyişib. Bugünkü iqtidar işi elə göstərir ki, köhnə təzə imperiyanın və onun hay nökərlərinin təbiəti cilaya uğrayıb, guya ona görə də Yuxarı Qarabağ pürcəsinin (problem) həlli yeni atəşkəs yanaşmalarıyla tapılacaqdır. İzrael Ori gədəsiylə çəpgöz Levon Ter-Petrosyanın araları yalnız zamanca və adca başqalaşmışlar, rusların 1 milyardlıq silah və diplomatik dəstəkləriylə nairlərin torpaq iddiaları və “Böyük Ermənistan” xülyası isə hələ də yaşayır. Ağilli siyasətçilərimiz yalnız bu səbəbdən MDB oyunundan qaçır, yeni qılverən orlilərlə bir arabaya qoşulmaq istəmirlər. Axı arvadını hərraca qoymaqdan çəkinməyən bir kişinin həmsoylarıyla yaрnağa getmək azərtürkə caiz olmasın gərək, atam.

Oqtay Eldəgəz

Mənbə: “Ədalət” qəzeti, 25 mart 1998-ci il

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin