Qazaxıstanı Turan yolundan “SSRİ yolu”na keçirmək planı – baş tutacaqmı?

0
188

Dünyanın nəzərləri Qazaxıstana yönəlib. Qərbin də, Avropanın da gözləri buradadır. Ona görə yox ki, burada qazax xalqı böyük bir faciəyə sürüklənir. Qlobal gücləri maraqlandıran, narahat edən Qazaxıstanın bir dövlət olaraq Rusiyanın forpostuna çevrilmək yoluna qədəm qoymasıdır…

Əlbəttə, Qazaxıstandakı olaylar Azərbaycanda da xüsusi izlənir. Kimisi bunun arxasında dayanan məkrli planlardan narahatdır, pəjmürdədir. Bəzi siyasi oyunbazlar isə öz amplualarındadır. Hətta özünə türkçü, cümhuriyyətçi deyən bir kəsim də Qazaxıstanın türk dünyasından uzaqlaşdırılması üzrə icra olunan plana “əl çalırdı”. Hayqırırılar ki, bəs guya qazax xalqı ultra-demokratiya istəyir, bezib sərt qaydalarla yaşamaqdan və s.

Hadisələr başlayanda bir çox “uzaqgörənlər” sevincək olub deyirdi ki, burada hansısa xaricdən idarəolunmadan söhbət gedə bilməz, xalq bahalaşmaya etiraz edir, öz müqəddəratını həll edir…
Buyurun, bu da sizə “demokratiya”, “sosial tələblərlə” ortaya çıxmanın nəticələri…

21.jpeg (86 KB)

Əslində, Qazaxıstanda gerçəkdə nə baş verdiyini 5 yanvarda günorta təxmin etmək çətin deyildi. Türk dünyasının avtoritetlərindən olan Nursultan Nazarbayevi Təhlükəsizlik Şurasından uzaqlaşdıranda, dərhal da onun heykəlini uçuranda hər şey bəlli olmuşdu.

Bəli, Comərd Tokayev bu oyunlarda iştirakçıdır! Qazax xalqının, Türk dünyasının ziyanına, onu yıpratmağa yönələn bir böyük oyunda! Məkrli planın ssenarisinə uyğun Rusiyadan, Belarusdan (KTMT adı altında) açıq dəstək, ölkəyə silahlı dəstələr göndərməyi istədi. Onun Kremlin planını icra etdiyi artıq şübhəsizdir. Uzatmayaq, məqsəd Qazaxıstanı Rusiyanın caynağına tamamən salmaq, Turana gedən yolu uzatmaq, utopik “yeni SSRİ” ideyasına qoşmaq, Türk birliyindən Qazaxıstanı geri çəkməkdir.

Təəssüf…

Ortada bədbəxt olan qazax xalqı var…

Buyurun, bu da sizə “demokratiya”. İnanmayın belə nağıllara!

Demokratiya qətiyyən dağıdıcılıq, xaos, iğtişaşla müşayiət oluna bilməz!

***

sddefault.jpg (46 KB)

Bəli, Turan ideyası, birliyi bəzi gücləri, Rusiya imperiyasını narahat edirdi. Son zamanlar SSRİ-ni bərpa etmək haqda açıq danışırdılar.

2020-2021-ci illərdə bu istiqamətdə Belarusu Rusiya yanına ala bildi. İndi Qazaxıstana kəmənd atılıb.
“Yeni SSRİ” prosesinə Qazaxıstanı da hansısa təhdidlərlə cəlb edilməsi planları haqda hələ ötən ilin sonlarından danışılırdı…

***

Kremlin qeyri-rəsmi sözçülərindən, danışan dillərindən biri – Rusiyanın RT telekanalının, “Россия сегодня” və “Sputnik” xəbər agentliklərinin baş redaktoru Marqarita Simonyan Qazaxıstanda qurulan oyunu de-şifrə edib. Daha dəqiqi, açıqca mesaj verib ki, bu prosesləri Kreml yönləndirir və məqsəd nədir.

54241c01cf0ed7bff15a346fb8d504a28ae8d03f.jpg (46 KB)

O yazır ki, Rusiya Qazaxıstana kömək etməlidir, aşağıdakı şərtlərlə:

– Krımı tanısın;

– Kiril əlifbasına qayıtsın;

– Rus dili Qazaxıstanda yenə ikinci dövlət dili olsun;

– Rus məktəblərinə dəyilməsin;

– Antirusiya mövqeyi olan, (Qərbmeylli-red.) QHT-lər ölkədən qovulsun;

– MİLLƏTÇİLƏRDƏN uzaq durmaqla qardaşlıq siyasəti yürüdülsün…

Buyurun! Yəni Qazaxıstanı “müttəfiq respublika” etmək planını işə salıblar.

***

Həm də mənəvi baxımdan çox pis hallardan biri də Ermənistanın timsalında baş nazir Paşinyanın Qazaxıstan kimi böyük türk yurduna dair qərar verməsidir! KTMT-nin rotativ rəhbərliyi kimi, formal da olsa bunu Ermənistan edib. O Ermənistan ki, Azərbaycan onu darmadağın, məğlub edib! Qarabağ Zəfəri bütövlükdə Türk Dünyasının qələbəsidir, ermənilər indi Türk dünyasının Qazaxıstanı üzərində hansısa oyunbazlığa qərar verir…

***

Kassym-Jomart_Tokayev_and_Vladimir_Putin_(2019-04-03)_03.jpg (546 KB)

Təbii, sürətlə inkişaf edən, böyüyən Qazaxıstan gələcəkdə Turan yolunda lokomotivlərdən olacaqdı. Beləcə, onu sıradan çıxarırlar, “SSRİ elementi” edirlər…

Qazaxıstan olayı Turana “Səlib yürüşü”dür…

Heç bir halda Qazaxıstana, qazax xalqına da firavanlıq gətirməyəcək.

Ümumiyyətlə, istənilən dövləti kənardan idarə etmək, forposta çevirmək xalqlara, həmin ölkələrə xoşbəxtlik gətirmir. Ortada nə qədər nümunələr var? İraq, Liviya, Suriya, Ukrayna və s…

Kaş Qazaxıstan planı baş tutmasın!

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin