Qaynını öldürən şəxsin işi- Əvvəl boğazını kəsib, sonra 14 bıçaq vurub

0
113

Bakıda qaynını öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Ayxan Hüseynəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında A.Hüseynəliyev özünü təqsirli bildiyini deyib.

Qətl hadisəsi ötən il avqustun 31-də saat 10 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində baş verib.

1967-ci il təvəllüdlü Xalıq Bağırov bıçaqlanaraq öldürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqla hadisənin zərərçəkmişin kürəkəni 1998-ci il təvəllüdlü Ayxan Hüseynəliyev tərəfindən törədildiyi məlum olub.

Qətlin törədilməsinə səbəb Ayxanın həyat yoldaşı ilə münasibətlərinin pis olması və Xalıq Bağırovun da buna müdaxilə etməsi olub.

Hadisədən bir müddət əvvəl Ayxanın həyat yoldaşı evi tərk edərək qardaşı Xalıqın yanına gedib.

Ayxanın Bir neçə dəfə arvadını və onun ailə üzvlərini ölümlə hədələdiyi bildirilir.

Hadisə günü Ayxan Xalıq Bağırovun yaşadığı evin qarşısına gəlib və onun evdən çıxmasını gözləyib. Çünki onun məqsədi ailənin hamısını öldürmək olub. Xalıq Bağırovla Ayxan Hüseynəliyev qapının qarşısında üz-üzə gəlib. O, içəri girməyə çalışıb. Bu zaman Xalıq Bağırov onun qarşısını kəsib. Ayxan da onun bıçaqlamağa başlayıb. Ayxan əvvəl Xalıq Bağırovun boğazını kəsib, ümumilikdə isə 14 bıçaq zərbəsi vurub. Qonşunun hadisə yerinə gəldiyini görən Ayxan hadisə yerindən qaçıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin