Qayda pozan “AA” seriyalı maşın kimindir? – Şirkət nümayəndəsi qarabağlılardan iyrənir – VİDEO

0
57

Bakıda qaydaları kobud şəkildə pozan avtomobilin sürücüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə paylaşılıb. Belə ki, Yasamal rayonu, “Qələbə” dairəsi ərazisində 10 AA 322 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında keçərək təhlükə yaradır.

Saytın əldə etdiyi məlumata görə, maşının sahibi “Ulu Göyçə” MMC-dir.

Qeyd edək ki, “Ulu Göyçə” MMC-nin prezidenti Vasif Sultan oğlu İsmayılovdur. Vasif İsmayılov Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının, Dövlət Bələdiyyə İdarəetməsi fakültəsində çalışır, eyni zamanda Yasamal Bələdiyyəsinin üzvüdür.

Xatırladaq ki, “Ulu Göyçə” MMC tikinti şirkətidir.

Bu gün Avtosfer.az saytına 055 230 02 14 nömrəsindən zəng edən və özünü şirkətin maliyyəçisi kimi təqdim edən xanım bu barədə məlumat yazan saytları məhkəməyə verməklə hədələyib. Ardınca isə əməkdaşımızın qarabağlı olduğunu öyrəndikdə “mənim onsuz da qarabağlılalara qarşı münasibətim pis idi, indi lap pis oldu” deyərək telefonu qapadıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin