Qarabağda separatçı hərbçilər arasında başıpozuqluq – NƏ BAŞ VERİR?

0
436

“Bu hadisə ilk növbədə Qarabağdakı erməni separatçıları arasında mövcud olan başıpozuqluqdan xəbər verir. İkincisi, qanunsuz silahlı qüvvələrin bir mərkəzdən idarə olunmadığı faktını ortaya qoyur”.

RealMedia.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri qondarma rejimdəki ehtiyatda olan hərbçilərin pensiyalarını ala bilməməsi səbəbindən Xankəndidə keçirdikləri etiraz aksiyasında hərbi çevriliş edəcəkləri ilə bağlı səsləndirdikləri xəbərdarlığı dəyərləndirərkən deyib:

“Dünən qanunsuz olaraq Qarabağda orduya xidmətə yollanan ermənistanlı əsgərlərlə qarabağlı qanunsuz silahlı qüvvələr arasında da qarşıdurma yaşanıb. İnsident nəticəsində yaralananlar olub. Bu faktın özü də ordu deyiləcək bir anlamın əslində separatçıların nəzarətində olmadığını göstərir”.

Ekspert bildirir ki, Qarabağdakı qanunsuz silahlı birləşmələr müxtəlif mərkəzlər tərəfindən idarə olunur:

“Onlar Ermənistandakı “Qarabağ klanı” və Rusiyanın sifarişlərini icra edən qüvvələrdən ibarətdir. Belədə müxtəlif maraq və müxtəlif sifarişləri yerinə yetirən qüvvələr mövcud olduqca bölgədə bu cür hadisələr yaşanmaqda davam edəcək. Bu faktların özü separatçı rejimin nə qədər aciz olduğunu göstərir. Mövcud proses ondan xəbər verir ki, zaman-zaman bu cür müxtəlif silahlı birləşmələri idarə edən tərəflərin siyasi maraqları kontekstində daha ciddi qarşıdurma və toqquşmaların da şahidi ola bilərik. Maliyyələrinin azaldığı, idarəetmənin zəiflədiyi və başıpozuqluğun hakim olduğu bir zamanda ərazidə bu sayaq qarşıdurmaların sayı getdikcə artacaq. Ona görə də separatçı rejimdə baş verən belə olayları konkret bir şəbəkəyə bağlamamalıyıq. Qarabağdakı qanunsuz başıpozuq silahlı birləşmələr bir mərkəzdən idarə olunmadığı kimi, eyni zamanda, Ermənistandakı Müdafiə Nazirliyinə də tabe deyillər. Bu başıpozuq qüvvələr isə dolayısı ilə Rusiya ordusunun tərkib hissəsi kimi başa düşüləməlidir. Çünki Rusiya istədiyi zaman bu qüvvələrdən Azərbaycana qarşı istifadə edə bilir. Ona görə də Azərbaycan bu qanunsuz birləşmələri Qarabağdan çıxarmayınca belə hadisələrin şahidi olmaqda davam edəcəyik”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin