Qarabağda rus silahları yerləşdirilir – POLİTOLOQ

0
913

“Rəsmi Kreml danışıqlar prosesində fəal iştirak edir, həll formularını masaya qoyur, amma bu danışıqların əksinə olaraq Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirir.”

Bunu AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Rusiya Minsk qrupunun həmsədri kimi Qarabağ konfliktinin həllində əsas tərəf, həm də başlıca maneədir:

“Rusiyanın Cənub Hərb dairəsinin Ermənistanda dislokasiya olunmuş “102-ci” hərbi bazası Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirir. Rusiya, Qarabağda təşkil olunan snayper kurslarında Gümrüdəki “102-ci” bazasının hərbi təlimatçılar vasitəsilə erməni qızlarına atıçılıq öyrədilir.

Qeyd edim ki, ötən ay təsdiq olunmuş “rus-erməni” birgə qoşun növünün təlimləridə Qarabağda keçirilir. Birgə qoşun qruplaşmasına Ermənistanın “5-ci” korpusu və Rusiyanın bu ölkədə “102-ci” hərbi bazası daxildir. Göründüyü kimi Rusiya dolayı yolla Qarabağda öz hərbi iştirakını gücləndirir və Ermənistanı silahlandırır. Rusiyanın moderatorluğu ilə aparılan Qarabağ danışiqları imitasiya daşıyır. Moskvanın Yerevana verdiyi silahlar, məhz Qarabağda yerləşdirilir”.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin