Tanınmış telejurnalist Eldəniz Vəliyev Speys TV-də yayımlanan “Hər həftə” proqramının bugünkü buraxılışında prodüser Tarix Əliyevin (Tolik) Vətən müharibəsində yaralanan əsgərimizi təhqir etməsinə münasibət bildirib.
Kult.az xəbər verir ki, E.Vəliyev Azərbaycan əsgərinə, qazisinə qarşı bu münasibətin qəbuledilməz olduğunu bildirib.
Qeyd edək ki, prodüser Tarix Əliyev (Tolik) İnstaqramda canlı bağlantı zamanı eşitmə qabiliyyətini itirən əsgərimizə qarşı xoş olmayan ifadələr işlədib.
Daha ətraflı videoda: