“”Qarabağ” Madriddə hamını heyrətləndirdi”

0
681

Latviyanın delfi.lv xəbər portalında yerləşdirilmiş “Qarabağ” Madriddə hamını heyrətləndirdi” sərlövhəli məqalədə futbol üzrə Çempionlar Liqasının xülasəsi verilib.

Məqalədə “Metropolitano” stadionunda keçirilmiş matçda “Qarabağ” futbol komandasının ispaniyalı yarımmüdafiəçisi Miçelin başla dəqiq zərbə endirməsindən tamaşaçıların heyrətləndiyi bildirilir. Qeyd edilir ki, Tomas Parti hesabı 56-cı dəqiqədə bərabərləşdirib. Bir qədər sonra “Qarabağ” komandasından Pedro Enrike çıxarılsa da, sayca çox olan madridlilər üstünlük qazana bilməyiblər.

Sportacentrs.com saytı Azərbaycanın “Qarabağ” komandası ilə matçı Madridin “Atletiko”su üçün darmadağınedici hesab edir, çünki bu görüşün nəticəsində madridlilər qrupdan çıxdılar.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin