“Qara bazar”da dollar sürətlə düşür

0
899

Aprelin 10-da “qara bazar”da dollar sürətlə ucuzlaşmaqda davam edir. 

Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, bu gün səhər saatlarında dolların alışı 1.65 manata, satışı isə 1.66 manata düşüb. Qeyd edək ki, ötən həftə sonu “qara bazar”da dollar 1.67 manata alınıb, 1.69 manata satılırdı. Ümumilikdə isə son bir neçə gündə “qara bazarda” dollar 1,8-2,4% arasında ucuzlaşıb.

“Dollar alverçiləri” bildirilib ki, dolların məzənnəsi ilə bağlı ciddi dəyişmə aprel 11-də ola bilər. Belə ki, növbəti valyuta hərracının nəticəsi banklarla yanaşı, “qara bazar”da ABŞ valyutasının kursunda özünü göstərəcək.

Xatırladaq ki, hazırda banklarda dolların alışı ilə satışı arasında maksimum fərq 1,61-1,72 manat təşkil edir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin