Qanun qəbul edildi – arıq insanları işə götürmək olmaz

0
1185

Fransada həddən artıq arıq manekenlərin işə götürülməsi qanunla qadağan edilib.

Lenta.ru saytının xəbərinə görə, bu barədə BBC News məlumat verib. Bundan sonra qızlar işə götürülərkən mütləq onların fiziki sağlamlığını təsdiqləyəcək tibbi arayış təqdim etməlidir. Orada onların çəki və boylarına müvafiq olaraq normal bədən ölçüləri də öz yerini tapacaq.

Bununla da ölkənin Səhiyyə Nazirliyi insanların arıqlamaq bahasına pis qidalanma sistemi ilə mübarizə aparmağı planlaşdırır. Bu qadağanı pozan şirkətlər, işəgötürənlər ya 75 min avro məbləğində cərimələnəcək, ya da 6 aya qədər müddətə azadlıqdan məhrum olacaq. Eləcə də bu ilin 1 oktyabrından etibarən qüvvəyə minəcək yeni qanun fotolarda yol verilən fotoşoplara da qadağanı nəzərdə tutur. “Qeyri-real bədən quruluşlu modellərin şəkilləri insanların onlara bənzəmək üçün qeyri-real əziyyətlər sərf etməsinə və özlərinə qəsd etməsinə səbəb olur”. Bunu da ölkənin səhiyyə naziri Marisol Turen deyib.

Həddən artıq arıq modellərlə bağlı qanun daha öncə İtaliya, İspaniya və İsraildə qüvvəyə minib. Bu, anoreksiya (iştahsızlıq-red.) ilə mübarizə çərçivəsində nəzərdə tutulub. Hazırda Fransada 30 minə yaxın insan bu xəstəliklə mübarizə aparır. Onların 90 faizini qadınlar təşkil edir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin